Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


09.05.2017  16:41 

Fərhad Əliyev Sumqayıta investisiya qoyur - 10 milyonluq zavod





A+  A-

Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, 2005-ci ildə həbs olunan və 8 il sonra əfvlə azadlığa çıxan Fərhad Əliyev Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco Lubricant Company” şirkətinin sahibidir.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, həbsdən buraxılandan sonra Azərbaycanı tərk edən və Belarus da daxil olmaqla bir sıra xarici ölkələrdə biznes layihələri ilə məşğul olan keçmiş nazirin ölkəyə döndüyü, bəzi investisiya layihələri həyata keçirməyə başladığı haqda çoxdan söz-söhbətlər yayılmışdı. İndi qaynar.info portalı yazır ki, F.Əliyevin Azərbaycandakı biznes layihələrindən biri Sumqayıt Kimya Sənaye Parkının ərazisində, 2,5 ha torpaq sahəsində tikilən sürtgü yağları istehsal edən zavodun tikintisidir.



Həmin zavodu keçmiş nazirin qurduğu “Alco Lubricant Company” MMC inşa edir. Zavodun investisiya dəyəri 10 milyon manatdır və orada ildə 30 min ton sürtkü yağı istehsal etməsi nəzərdə tutulur. Şirkət 2016-cı il mayın 5-də yaradılıb, bundan 45 gün sonra Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi ilə təmin edilib. Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən əlli faiz azad olunub. Bundan əlavə şirkət xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə gömrük vergisindən də tam azad olunub. Zavodun bu ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır.

Şirkətə investisiya təşviq sənədini iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov təqdim edib. "Alco Lubricant Company" Sumqayıt Kimya Sənaye Parkının 9-cu rezidenti olub. Şirkətin qurduğu zavod alman texnologiyaları əsasında sürtgü yağları istehsal edəcək. “Alco Lubricant” sürtgü yağları üzrə alman brendidir.



Belə görünür ki, Fərhad Əliyev əfv olunandan sonra vaxtilə yığdığı kapitalın da reabilitasiyası üçün siyasi razılıq alıb. Məlumdur ki, Əliyev qardaşları hələ 90-cı illərin əvvəllərindən Moldova bizneslə məşğul olublar, daha sonra Azərbaycanda öz bizneslərini inkişaf etdiriblər. Fərhad Əliyevin nazir təyin olunması Əliyev qardaşlarının biznes imperiyasının daha da böyüməsinə şərait yaradıb.

Lakin Fərhad Əliyev həbs olunandan sonra onların akivlərinin bir çoxu əllərindən alınmışdı. Bununla belə şübhə yox idi ki, biznes işlərində və çirkli pulların leqallaşdırılmasında kifayət qədər məharət sahibi olan Əliyev qardaşları hansısa offşor zonalarda kapitallarının bir qismini gizlədə biliblər. Və Fərhad Əliyev və qardaşı, “Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyev həbsdən buraxılandan sonra həmin kapitalı xarici ölkələrə yatırmağa başlamışdılar. İndi isə Əliyev qardaşlarına şərait yaradılıb və təminat verilib ki, kapitallarını Azərbaycanda da leqallaşdırsınlar, investisiya yatırsınlar.

Xəbər 4314 dəfə oxunub.




22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +