Rusiyaya casusluq edənlər saxlanıldı
“Apple” “iPhone 19”u satışa çıxarmayacaq -Səbəb açıqlandı
Bu rayonlarda qaz olmayacaq
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
Bu universitetə 39 milyon vəsait ayrılacaq
Pezeşkian Azərbaycan dilində şeir oxudu -VİDEO
“BakuBus”dan dünənki video ilə bağlı - Açıqlama
Tanınmış aktrisa vəfat etdi -FOTO
Jurnalist bu ölkədə saxlanıldı -FOTO
Jurnalistlərin maşını dronla vuruldu: 2 ölü -FOTO


09.09.2025  10:18 

Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb





A+  A-

Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə meliorator alim, texnika elmləri doktoru, professor Bəhrəm Əliyev Ekologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Digər əmrlə o, Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktor müavini təyin edilib.

Qeyd edək ki, 2 sentyabr 1955-ci ildə anadan olan Bəhrəm Əliyev 2019-cu ildən Ekologiya İnstitutunun direktoru vəzifəsini tuturdu. O, 2005-2013-cü illərdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.



Xəbər 1248 dəfə oxunub.




23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?


BÜTÜN XƏBƏRLƏR +