“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


18.06.2022  11:03 

Millət vəkili “TikTok”un bağlanmasını tələb edir





A+  A-

“TikTok” sosial şəbəkə platformasının uşaqlara, gənclərimizə çox mənfi təsiri var”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.

Millət vəkili “TikTok”dakı videoların uşaqların əxlaqını pozduğunu düşünür:

“Hazırda “TikTok”da elə videolara rast gəlmək olur ki, gələcəyimiz olan uşaqların əxlaqı pozulur. Canlı yayımlardakı söyüşlər, əxlaq dəyərlərimizə zidd hərəkətlər pozğunluğu təbliğ edir. Bu da böyüməkdə olan uşaqlarımız üçün ciddi təhlükədir. Biz uşaqları həmin çevrələrdən qorumağa çalışırıq, ancaq görünən odur ki, biz hər gün onları itirmiş oluruq. Düzdür, bu gün çox böyük kütlə “TikTok”dadır. Hesab edirəm ki, yaxın gələcəkdə bununla bağlı hansısa qərarlar verməliyik. Əgər “TikTok” bağlanarsa, elə də ciddi problemin yaranacağına inanmıram”.

Millət vəkili gənclərimizin məşğulluğu ilə bağlı məsələyə də diqqət çəkib:

“Bu gün Azərbaycan gəncliyinin məşğulluğunu təmin etmək üçün onları müxtəlif layihələrə, aktiv və perspektivli işlərə cəlb etmək lazımdır. Bunun üçün gənclər təşkilatları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti vacibdir. “TikTok”la məşğul olum, pul qazanım” yanaşması səhvdir. “TikTok”da öz yaradıcılığını göstərmək istəyən gənclər də az deyil. Onlar üçün müəyyən faydalı platforma yaratmaq olar ki, daha səmərəli, faydalı işlərlə məşğul olsunlar. Ümumilikdə dövlətin və müxtəlif təşkilatların gənclər üçün həyata keçirdiyi mühüm işlərə aktiv gənclər cəlb olunmalıdır. Gəncliyimizi “TikTok”un öhdəsinə buraxa bilmərik”.

Xəbər 2999 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +