Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


17.12.2021  12:28 

Pul yığan direktor Abid Şərifovun bacısı qızıdır - VİDEO





A+  A-

189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığılması ilə bağlı səs yazısının yayılması böyük ajiotaja səbəb oldu. Bu məsələ sosial şəbəkələrdə bir neçə gün müzakirə olunandan sonra araşdırma başladı.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məsələnin nəzarətə götürüldüyünü, müvafiq tədbirlər görüləcəyini bildirsə də, hələki “araşdırma”nın nəticəsindən səs-soraq yoxdur.

Ortada kifayət qədər ciddi sübutun olmasına rəğmən məktəb direktorunun postunu qoruya bilməsinə səbəb nədir?

XəzərNews.az xəbər verir ki, Təhsil Nazirliyindəki mənbə Yenisabah.az-a Ceyran Quliyevanın hansı səbəbdən cəzalandırılmamasının səbəbini açıqlayıb.

Mənbə xanım Quliyevanın bu vəzifəyə sabiq Təhsil naziri Misir Mərdanov tərəfindən təyin olunduğunu bildirib. Onun sözlərinə görə, Ceyran Quliyevanın fəaliyyətilə bağlı həmişə şikayətlər olsa da, BŞTİ-nin heç bir rəisi onu işdən çıxarmağa cəsarət etməyib.

“Ceyran Quliyeva Baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızıdır. O, uzun illərdir ki, dayısının sayəsində vəzifədə qala bilib. Hazırda Abid Şərifov təqaüddə olsa da, əvvəlki nüfuzunu qoruya bildiyinə görə, yaxın ətrafı da ondan faydalanır”.




Xəbər 3097 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +