“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


09.07.2021  23:48 

Azərbaycanlılar bu ölkəyə yenidən səyahət edə biləcəklər





A+  A-

Azərbaycanlılar Finlandiyaya yenidən səyahət edə biləcəklər.
XəzərNews.az xəbər verir ki, Finlandiyanın hakimiyyət orqanları ölkəyə girişə qoyulan qadağanı altı ölkənin vətəndaşları üçün ləğv ediblər.

Bu qərar Avropa İttifaqı Şurasının həmin ölkələrdə koronavirusla bağlı vəziyyətin təhlükəsiz hesab edilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq qəbul edilib.

İyulun 12-dən başlayaraq azərbaycanlılarla yanaşı, Bosniya və Herseqovina, Bruney, Kosovo, Moldova və Serbiya vətəndaşları da Finlandiyanı ziyarət edə biləcəklər.

Bundan əvvəl Finlandiyanın hakimiyyət orqanları Albaniya, Avstraliya, Cənubi Koreya, Honkonq, İsrail, Yaponiya, Makao, Şimali Makedoniya, Sinqapur, Tayvan, Yeni Zelandiya sakinlərinin ölkəyə girişi üçün məhdudiyyətləri aradan qaldırıb.

Öz növbəsində, digər ölkələrin vətəndaşlarının Finlandiyaya girişinə qoyulan qadağanın müddəti avqustun 22-dək uzadılıb.

Xəbər 3963 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +