Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


20.02.2019  12:03 

Azərbaycanda 106 nəfər qızılcaya yoluxdu





A+  A-

"Ötən ilin dekabr və bu ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda qızılcaya yoluxma hallarında azalma qeydə alınıb”.
XəzərNews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

O qeyd edib ki, bu ay qızılcaya yoluxanların sayında azalma var: "Qızılcaya tutulanların əksəriyyəti yenə də əsasən, 20-40 yaş arasında olan şəxslərdir. Onlar da vaxtilə peyvənd olunmayıblar. Uşaqlar arasında çox az sayda yoluxma faktı qeydə alınıb. Əgər hansısa uşaq peyvənddən kənarda qalıbsa, onlara peyvəndlərin vurulması təmin edilir”.

A.Əliyeva bildirib ki, bu ilin yanvar ayı ərzində 55 nəfərin qızılcaya yoluxması (ötən ilin dekabrında 55) təsdiqlənib: "Ümumilikdə isə fevral ayına qədər 106 yoluxma hadisəsi qeydə alınıb”.

O, həmçinin xatırladıb ki, Səhiyyə Nazirliyi 160 min vaksin alınmasını sifariş verib və həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır. Həmin peyvəndlərin kimlərə vurulması ilə bağlı müvafiq əmr imzalandıqdan sonra peyvəndləmə işlərinə başlanılcaq.

Xəbər 2961 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +