07.11.2025 12:33
İRAN “TRAMP KORİDORU”NU HƏDƏF SEÇİB - TƏHLİL
İran politoloqlarının dili ilə ikinci dəfədir “Tramp koridoru” ilə gedən qatarların İrana qarşı casusluq işləri ilə məşğul olacağını gündəliyə gətirir. Sonuncu dəfə Yerevanda keçirilən “Orbeli-2025” tədbirində bu fikir səsləndi. Daha əvvəl isə Qərb mətbuatında İranın bu mövqeyi İran üçün pozitiv formada qoyulmuşdu. Bəllidir ki, ermənilər Qərbdəki imkanlarının bir qismini İranın maraqları üçün işlədə bilirlər.
İranın düşüncəsinə görə “Tramp koridoru” ilə gedən qatarlar Ermənistan-İran sərhədinə çox yaxın məsafədən gedəcək. Bu qatarlarda casus qurğularının qurulması ilə İranın ərazisini müşahidə etməyə imkan yaradacaq, bəlkə də müxtəlif əməliyyatlar keçirə bilərlər:
I. İranın konfliktogenlik potensiallını bir formadan digər formaya keçirir. İranın bütün müsəlman qonşularına qarşı nifrəti var. Azərbaycan və Türkiyə vasitəsilə Avropaya, Rusiyaya çıxış olduğu halda İran bunu da Azərbaycan, Türkiyədən asılı olmaq kimi dəyərləndirirdi. Yaranmış vəziyyətdə İsraillə hərbi konflikt fonunda İslam dövlətləri ilə düşmənçilik təbliği İrana əks-təsirləri ola bilər. İran həmin düşmənçiliyi koridorlar strategiyası ilə reallaşdırmaq istəyir. İranın ətrafındakı bütün koridorlar İranı boğmaqdan ötrüdür; Bu həm Hörmüz boğazını, həm də Cənubi Qafqazda olan koridorları əhatə edir.
II. ABŞ Ermənistanda İranı tədqiq etmək üçün çox güclü mərkəz yarada bilib. İran siyasi-iqtisadi, sosioloji, antropoloji və s. bütün parametrlərdən Ermənistandakı səfirliyi vasitəsilə tədqiq olunur. Təxminən 10-15 il bundan əvvəl artıq Ermənistan ərazisindən ABŞ, Avropada yaşayan ermənilərin Qərb tərəfindən İran ərazisində casusluqla məşğul olması ilə bağlı faktlar var.
III. ABŞ-ın Ermənistanda 3 SES-dən ibarət kaskad- Bərgüşad SES-i(Vorotan) almasının əsas səbəbi onun İranla sərhəddə yerləşməsidir. Çünki o zaman kaskadlar işləmirdi, Ermənistanın da onu işlətməyə marağı yox idi. O qədər də elektrik enerjisi istehsal etmirdi. Böyük ərazi və qurğudur. Onun üzərində və daxilində İranın təxminən 400-500 km məsafəsini, hətta Tehrana qədər məsafəni izləmək üçün casus qurğuları qurmaq olar. Bənzər fikri “Lydian Armenia” və Amulsar yatağının işlənməsi barədə də qeyd etmək olar. O yataq da Ermənistanın İranla sərhədində yerləşir. Belə stasionar casus qurğuları qurmaq üçün ABŞ-ın Ermənistan-İran sərhədində stasionar bazası mövcud olduğu halda mobil hərəkət edən qatar üzərində nəsə qurğu qurmaq ağlabatan deyil. İranın ən yaxşı bacardığı yalan düzəltmək, Azərbaycana şər, böhtan atmaqdır. Ona görə bu ideya ortaya çıxıb. İran çox asanlıqla “Tramp koridoru”da hərəkətin qarşısını ala bilər. Əgər Ermənistan ərazisini ABŞ-a 99 ilə icarəyə veribsə, İran Araz koridorunu Azərbaycana 100 ilə icarəyə verə bilər. İrana ancaq müharibə lazımdır. İranın dini, imanı və hər şeyi müharibədir. İslam dinində əvvəl sülh deyilib. Mübahisə olarsa əvvəlcə onun danışıq yolu ilə həllini tapmalısan. Danışıq yolu ilə həlli olunmasa, sonradan hərbi əməliyyat və s. istifadə edə bilərsən.
İranın şəratma strategiyasının qarşısını almaq çox asandır:
I.Ümumilikdə Azərbaycan və Ermənistanın, regionun təhlükəsizliyinin artırılması müzakirə olunmalıdır.
II. N.Paşinyan yaxında həm Azərbaycan, həm də Ermənistan üçün eyni təhlükənin olduğunu etiraf etdi. Nəzəri cəhətdən belə bir fikir ortaya qoydu. Ola bilər N.Paşinyan gələcəyə hansısa plan hazırlayıb, onun üçün indidən belə bir fikir formalaşdırır. N.Paşinyan çünki Rusiyanı nəzərdə tutur. Rusiya regionda mövqeyini qoruyub saxlamaq istəyir. Regiona girmək istəyən İrandır və İranın da Cənubi Qafqazın iki dövləti ilə müştərək sərhədi var. Bu iki dövlətin-Ermənistan və Azərbaycanın İran kontekstində hərbi, siyasi təhlükəsizliyinin möhkəmləndirilməsi müzakirə olunmalıdır. N.Paşinyan mövzunu açıbsa, davamını gətirməlidir, Azərbaycana təklif etməlidir. Gürcüstanı da bura əlavə etməlidir. Çünki Gürcüstanda olan azərbaycanlılardan da İran həm Gürcüstan, Ermənistan və Azərbaycan üçün təhlükə yarada bilər.
III. Qalan Azərbaycanda Naxçıvana dəmir yolunun Mehri, Zəngəzur adlandırmasından asılı olmayaraq həmişə və hətta 1991-ci il MDB-nin Alma-atı müqaviləsində də qədər Azərbaycanın mülkiyyəti olub. N.Paşinyan SSRİ-ni də öz bildiyi kimi təsvir edir. Bu mülkiyyət məsələsi hüquqi həllini tapmalıdır, Bu o qədər böyük mübahisədir, heç kəs dayandıra bilməyəcək. Çünki regiona müdaxilə üçün bu ən universal vasitədir. Əgər bu gün ABŞ bu mövzunu həll edə bilməyəcəksə, Rusiya onunla məşğul olacaq. İran bu mövzunu qaldıra bilər. Çin məşğul ola bilər. Türkiyə Azərbaycanın tarixi torpağı İrəvanı ermənilərə verməsinə yenidən baxa bilər. Türkiyə bununla onu sıxan zənciri qıra bilər. Gec-tezi var. Türkiyənin başqa yolu yoxdur. Bu mövzunu həll etmədən ABŞ-ın regionda 100 illik maraq qurması mümkün deyil; Bu, hər gün regionun hərbi əməliyyat zonasına çevirilməsi anlamındadır.
IV. Qərbi Azərbaycanlılar tarixi torpaqlarına Ermənistan ərazisinə qayıtmalıdır. ABŞ “Tramp koridoru” ətrafında gedən müzakirələrdə bu işlə məşğul olmalıdır. Qərbi azərbaycanlılar tarixi torpaqlarına qayıtmalıdır. İran Ermənistan ərazisində azərbaycanlıya güllə ata bilməz. Gizli təxribatla məşğul ola bilər, aşkar müharibəyə gedə bilməz. Çünki Zəngəzur qərbi azərbaycanlıların yerləşdiyi sərhədin İran tərəfində də yaşayanlar azərbaycanlılardır. Zəngəzur mahalı böyük ərazidir, Azərbaycana məxsusdur. Rusiyada bunu bilirlər. R.Köçəryanla RF Prezident Administrasiyası rəhbərinin müavini İ.Kirienko arasında bu müzakirə olunub. Həm Zəngəzur mahalı, Göyçə gölü, həm də Qeqarkunik vilayətinin böyük bir hissəsi Azərbaycana qaytarılmalıdır. Xüsusi qeyd edək ki, Azərbaycan ərazisini könüllü tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtması yolu bağlanmayıb. Azərbaycan hökumətinin ermənilərin qayıtması üçün açdığı portal bu gün də fəaliyyətdədir, qayıda bilərlər. Bir qrup erməni BMT qərarı, beynəlxalq qüvvələrin təhlükəsizlik zəmanəti ilə Azərbaycanın içərisində terror yuvası yaratmaq niyyəti ilə Qarabağ ermənilərini kompakt şəkildə qaytarmaq istəyirlər.
Qərbi azərbaycanlılara Ermənistan ərazisində hansı status veriləcəksə Qarabağ ermənilərinə də həmin status veriləcək. Qərbi azərbaycanlılar öz torpaqlarında Ermənistan vətəndaşı kimi dövlətin bütün qaydalarına riayət etməlidirlər. Ermənilər də Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşı kimi müdaxilə olmadan Azərbaycan Respublikasının vətəndaşı kimi yaşamalıdırlar və bütün qanunlara da riayət etməlidirlər. Əgər bu olmasa “Tramp koridoru” regionda yeni konflikt mənbəyinə çevriləcək.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1119 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|