İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


30.09.2025  15:12 

Gəldi dedi ki, ailəmi sənə tapşırıram - Tahir İmanov





A+  A-

“Düz 49 il biz Cabirlə gözəl həyat yaşadıq. 49 ildir sənətdə idi, amma o doğrudan da çox böyük ömür yaşadı - zəngin, dolu, işıqlı, ilk vaxtlarda qayğısız… Valideynlərimizin sayəsində qayğısız, Şuşalı, Şuşasız günlərimizi yaşadıq və yenidən şükürlər olsun ki, Şuşalı günlərimizi yaşadıq”.

Bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib.

“Biz həyatın mənası barədə çox danışmışdıq. Baxmayaraq ki, bəzi qüvvələr bizi, Cabiri bir az pis, mənfi tərəfdən göstərmək istəyirdilər, amma bir misal var: Allah kimi ucaldarsa, onu heç kim alçalda bilməz. Cabir belə insanlardan idi. Nümunəvi vətəndaş, nümunəvi ata, nümunəvi oğul, nümunəvi nəvə idi. Çoxları elə bilir ki, o məndən böyük olub, amma mən ondan 2 yaş böyük olmuşam və ondan çox şey öyrənmişəm. Bəlkə də buna görə həyatının son illərində məndən qabağa getdi. Söhbət bu gözəl binadan gedir və ona dövlət tərəfindən həvalə olunan çox məsuliyyətli və eyni zamanda şərəfli vəzifədən gedir”.

T.İmanov vurğulayıb ki, istər "KVN"-li, istər "KVN"-dən sonrakı illərdə onların həyatının mənası yalnız Şuşa olub:

“Çünki təməlimiz bəstəkar Süleyman Ələsgərov tərəfindən belə qoyulmuşdu. Eşq olsun bizi Qarabağa gətirən, müzəffər Ali Baş Komandanımıza. İnanın ki, müharibə başlayan gün Cabir özünə yer tapa bilmirdi. Bunu birinci dəfədir açıqlayıram. Anam da, atam da buradadır. Gəldi dedi ki, ailəmi sənə tapşırıram, mən müharibəyə gedirəm. Bunu həmin o insanlara, həmin o jurnalistlərə deyirəm, bizim dalımızca danışırdılar, deyirdilər ki, “siz kefdəsiniz, amma camaat orda savaşır”. Bəli, camaat savaşır, bəs siz hardan bilirsiniz Cabirin ürəyində nələr var idi? Dedim,Cabir, sən necə deyirsən, elədir. Getdi. Amma dövlətimiz dedi ki, hələ sənin növbən gəlib çatmayıb, Cabir, sən gözləməlisən. Ondan xəbərsiz mən də getdim, amma ona heç nə demədim, çünki bilirdim ki, nəsə olsa, mütləq mənim ailəmə başçılıq edəcək. Biz belə böyümüşük”.

Xəbər 4476 dəfə oxunub.



13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +