Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


20.03.2019  16:37 

DİM proqrama iştirakçı qəbulu elan edir





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) ingilis dili üzrə biliyin qiymətləndirilməsi ilə bağlı ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramına iştirakçı qəbulu elan edir.
XəzərNews.az-ın DİM-ə istinadən məlumatına görə, “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub və amerikalı ingilis dili mütəxəssisi Natan Kar tərəfindən həyata keçiriləcək.

Proqramın gündəliyində xarici dil üzrə Ümumavropa Çərçivə Sənədinin (CEFR) təqdimatı, ingilis dili üzrə biliyin qiymətləndirilməsi zamanı bu çərçivə sənədindən istifadə ilə bağlı tövsiyələr, müxtəlif ingilis dili bacarıqlarının (dinləmə, oxu, yazı, danışıq) qiymətləndirilməsi barəsində xüsusi təlimlər nəzərdə tutulub.

Təlimdə iştirak etmək istəyən şəxslər CV-lərini 2019 cu il mart ayının 26-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “ELS program participant” yazaraq göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra proqramda iştirak üçün məhdud sayda namizədlər seçiləcək.

Xəbər 2894 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +