Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


31.03.2018  10:08 

100 minlik iş yenidən məhkəməyə çıxarıldı





A+  A-

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğluna 100 min “atmaqda” təqsirləndirilən Sənan Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, S.Cəfərov sərnişin daşıması ilə məşğul olan “M-Trans” MMC şirkətində işləyib və 30 saylı marşrut xəttinə nəzarət edib. Bu şirkət isə Z.Məmmədovun qohumu Rövşən Məmmədova məxsus olub. Həmin marşrutun avtobus sürücüləri əmək haqlarını ala bilmədikləri üçün aksiya keçiriblər. R.Məmmədov bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edərək 100 min manatdan çox pulunun mənimsənildiyini bildirib. S.Cəfərov mənimsəmədə ittiham edilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O hökmdən apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib. Anket məlumatları dəqiqləşdirildikdən sonra baxış iclası aprelin 13-nə təyin edilib.

Qeyd edək ki, R. Məmmədov keçmiş nazir Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun oğludur. Nazir sabiq deputat olan qardaşı Elton Məmmədovun oğlu Elnur Məmmədov da hazırda başqa bir işdə zərərçəkmişdir. İdmançı Rövşən Heydətovun ona 210 min dollar “atdığını” iddia edib və hazırda R.Heybətovun bu ittiham üzrə məhkəməsi keçirilir.

Xəbər 3536 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +