Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


27.04.2017  22:31 

Mariya Zaxarova azərbaycanlı jurnalistlərə “xam” dedi - VİDEO





A+  A-

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.
XəzərNews.az AzVision.az-a istinadən xəbər verir ki, APA-nın Rusiya nümayəndəliyinin rəhbəri Fərid Əkbərovun ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan “diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədib:

"Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, xamlıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verməyib. Odur ki, müəyyən xəbərlərlə bağlı bizə daxil olan müraciətləri biz alqışlayırıq. Sizdən xahiş edirəm bu halı azərbaycanlı həmkarlarınıza çatdırasınız".

***

"Qafqazinfo" xəbər verir ki, məlum açıqlama sosial şəbəkələrdə azərbaycanlı jurnalistlərin müzakirəsinə səbəb olub.

“APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə "Facebook"da sözügedən videonu paylaşaraq belə şərh edib:

"Mən Zaxarovanın ifadə tərzini ona qarşı istifadə eləmək istəmirəm. Amma bir mətbuat xidməti rəhbərinin peşəkarlıq nümayişi bu deyil. Fərid (Fərid Əkbərov) isə təmkinli və peşəkar mövqe nümayiş etdirdi, məncə. Bütün hallarda sualın cavabını gözləyirik".


Xəbər 3857 dəfə oxunub.





29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +