Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb


23.02.2017  15:10 

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi





A+  A-

Vergilər Nazirliyi Azərbaycandakı gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə müraciət edib.
XəzərNews.az xəbər verir ki, müraciətdə vergi ödəyiciləri vergi bəyannamələrini martın 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə çağırılır.
Bundan başqa, qurum bəyan edib ki, vergi ödəyiciləri hesablanmış vergiləri həmin müddətdə tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludur.
"Bildiririk ki, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50%-i qədər maliyyə sanksiyası tətbiq edilir. Vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1%-i qədər faiz tutulur”, - deyə müraciətdə bildirilir.

Xəbər 5155 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +