Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


22.02.2017  11:39 

Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği açıqlandı





A+  A-

Bu gün Bakıda "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfrans keçirilib.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində dəymiş ziyanın hesablandığını bildirib.

İşçi Qrupunun üzvü Nüsrət İbrahimov isə deyib ki, qrup tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 819,15 milyard dollar həcmindədir. Başqa sözlə, əhalinin tələf olma, sağlamlığın və normal yaşayış səviyyəsinin itirilməsi hesabına humanitar-mənəvi itkilər 140,4 milyard dollar, əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərər 7,4 milyard dollar, dövlətə sosial və iqtisadi sahələrdə dəymiş zərər 126,46 milyard dollar, ətraf mühit və təbii sərvətlər üzrə itkilər 244,42 milyard dollar, tarixi və mədəniyyət abidələrinə dəymiş zərər 177 milyard dollar, işğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər 124,47 milyard dollardır.

Xəbər 4790 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +