Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı
Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi


13.05.2019  11:46 

““Satılır” sözünə görə heç bir sürücü cərimə olunmayacaq”





A+  A-

Avtomobillərin üzərində “satılır” sözü yazanların cərimə edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara Baş Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib.
XəzərNews.az-ın məlumatına görə, idarənin şöbə rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məlumatlar onun adından yayılsa da, o, son bir ildə bu haqda heç bir media qurumuna açıqlama verməyib: “Mən belə bir açıqlama verməmişəm. Ola bilsin ki, 3-4 il əvvəl avtomobillərin üzərinə “Satılır” sözü yazıb piyada səkilərində uzun müddət saxlayan piyadaların hərəkətinə maneə olan sürücülərlə bağlı açıqlamamdan istifadə ediblər. O zaman isə mən maşınların səkidə saxlanmasına görə cərimələnməsi haqda danışmışam.

Reklam məsələləri “Reklam haqda” qanunla tənzimlənir. “Satılır” sözünə görə heç bir sürücü cərimə olunmur. Ümumiyyətlə, avtomobillərin üzərində olan və onun hansı şirkətə, hansı quruma məxsus olduğunu bildirən adlar, loqolar reklam sayılmır. Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunarsa, buna görə sürücü cərimə oluna bilər”.

Xəbər 2887 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +