Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


21.10.2025  10:36 

Paşinyan İranın hərbi gücünü “leqallaşdırmağın” və ya Rusiyanı çağırmağın orijinal yolunu tapıb





A+  A-

Parlament seçkilərinə təxminən on ay qalmasına baxmayaraq, Nikol Paşinyan davranışları ilə sanki seçkilərin tarixini irəli çəkməyə hazırlaşır. Onun siyasi addımları məqsədyönlü şəkildə gərginliyi artırır: Gümrü meri, adioz fiqur Vardan Qukasyanın həbsi, eləcə də Bütün ermənilərin katolikosu II Qaregini həbs etdirmək planı bunu təsdiqləyir. “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan isə artıq uzun müddətdir həbsdədir və sanki Vladimir İliç Leninə bənzər şəkildə, siyasi prosesləri həbsxanadan idarə edir.

Etiraz aksiyalarının artan intensivliyi onun maliyyə resursları hesabına baş verir. Paşinyandan narazılıq cəmiyyətdə genişlənir. V.Qukasyan özü köhnə korrupsioner və quldurbaşı kimi tanınır; o da müxtəlif vasitələrlə mitinqlərin sayını artırmaq iqtidarındadır. Paşinyan və komandasının bu riski görməməsi real deyil. Adətən seçkilərə 10–15 gün qalmış həyata keçirilən siyasi gedişləri Paşinyan indidən – on ay öncədən – işə salır.

Paşinyanın bu qədər sürətlə dəyişməsi və aqressivləşməsi üç əsas səbəblə izah oluna bilər:

Birinci variant: “Tramp koridoru” ətrafında gedən müzakirələr Paşinyanı qane etmir. ABŞ-dan gələn nisbi, məzmunu dərin olmayan siqnallar onun manipulyasiya imkanlarını daraldır. Paşinyan üçün Azərbaycanla sülh, siyasi baxımdan, zəruri deyil. Ona “sülh danışıqları” adı altında konfliktogenlik – yəni gərginliyin davamı – lazımdır. Bu məsələdə İranla ortaq maraqları var.

İkinci variant: İranın Ermənistan daxilində hərbi qüvvəsi mövcuddur. Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-da səfərdə olarkən yeni müdafiə təşəbbüsləri müzakirə edilmişdi və bu təşəbbüslər İranın hərbi mövcudluğuna qarşı yönəlmişdi. Paşinyan ölkə daxilində xaos yaradaraq İranın hərbi iştirakını “zəruri qüvvə” kimi təqdim etməyə çalışır.

Üçüncü variant: Avropa İttifaqına üzvlük məsələsi yenidən gündəmdədir. Paşinyan bilir ki, Ermənistanı Avropa standartları ilə idarə etmək, həm iqtisadi, həm sosial, həm də hüquqi baxımdan qeyri-mümkündür. O, nə Avropa səviyyəsində maliyyə təminatı verə, nə də həmin standartlara uyğun iqtisadiyyat qura bilər. İnsan hüquqları və demokratiya sahəsindəki vəziyyət isə çoxdan Aİ meyarlarından uzaq düşüb. MDB məkanında insan hüquqları və demokratik prinsiplərin ən çox pozulduğu ölkə, bəlkə də, Ermənistandır.

Paşinyan Qərb dövlətlərinin Ermənistandakı pozuntulara və siyasi həbslərə dözməyə hazır olduğunu bilir. Bu dözümlülükdən istifadə edərək, o, Rusiyaya “ölçü meyarı” qoymaq istəyir: Avropa Ermənistanın tələblərinə necə güzəştə gedirsə, Rusiya da o qədər güzəştə getməlidir. Yəni, Avropa Paşinyanın istəklərinə “bəli” deyirsə, Moskva da “hə” deməyə məcburdur.

Bu siyasətin mərkəzində Azərbaycanla sülh müqaviləsi dayanır. Paşinyan mürəkkəb vəziyyətdədir və bu mürəkkəbliyi siyasi oyunlarla idarə etməyə çalışır. O, Ermənistanın “tarixi torpaqları” barədə reallıqları çox yaxşı bilir: çar Rusiyası Osmanlıdan gətirdiyi erməniləri azərbaycanlıların yaşadığı 18 min km² əraziyə yerləşdirmişdi. Bu prosesin böyük hissəsi SSRİ dövründə sənədləşdirilib və həmin sənədlər bu gün də mövcuddur.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Böyük Britaniya Cənubi Qafqaz və Xəzər bölgəsində aktiv idi, regionun tarixi xəritəsini yaxşı tanıyır. Paşinyanın əsas strategiyası da bu geosiyasi yaddaş üzərində qurulub. Əgər bu gün Paşinyan Qərbə arxalanaraq öz planlarını reallaşdırmaq istəyirsə, Rusiya cavab addımı olaraq Sünik və Sevan (Göyçə) gölü ətrafındakı əraziləri Azərbaycana qaytara bilər.

Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko ilə görüşdən sonra eks-prezident Robert Köçəryanın açıqlamaları da bu ehtimalı gücləndirir: Əgər Qərb “verməyəcəksə”, Rusiya verəcək; Rusiya etməsə, regiona Çin daxil olacaq. Çin artıq Tacikistanla Qırğızıstan arasında Zəngəzura bənzər bir ərazi problemini tarixi ədalət əsasında həll edib və eyni yanaşmanı Ermənistanda da tətbiq edə bilər.

Torpaqların tarixi sahibinə qayıtması ədalətin bərpası demək olacaq. Paşinyanın bütün siyasi oyunları da bu prosesin qarşısını almağa yönəlib. Qərb əgər onun həyata keçirdiyi ədalətsizliklərə, həbslərə, mətbuat azadlığının məhdudlaşdırılmasına göz yumursa, bu, Rusiya üçün əlavə diplomatik dividendlər yaradır.

Qərb əgər regionda tarixi ədalətin bərpasına yönəlik fəaliyyət qursa, bu həm regionda, həm də qlobal miqyasda daha sabit nəticələr verər. Cənubi Qafqazın çar Rusiyası dövründən sonrakı tarixini dərindən öyrənmək və regionu ilkin tarixi vəziyyətinə qaytarmaq, bölgədə daimi marağı olan bütün qüvvələrin başlıca vəzifəsi olmalıdır.

Paşinyan isə nədənsə Rusiyanın öz ərazisində yaşayan ermənilər vasitəsilə Ermənistana “desant” göndərmə ehtimalını nəzərə almır. Halbuki Serj Sərkisyanın prezidentliyi dövründə belə bir presedent yaşanmışdı.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 1105 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +