Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı
Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi


24.10.2018  10:54 

Nazirlik bu sexin bağlanmasını tələb edir





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Bakı Elektriktökmə” ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub.
Nazirlikdən XəzərNews.az-a daxil olan xəbərə görə, qurumun Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügüdən sexin ərazisində növbəti dəfə monitorinq keçirilib və atmosfer havasından nümunələr götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən havanı çirkləndirdiyinə görə metaltökmə sexinin sahibi Məmməd Ələkbərov fiziki şəxs qismində 3000 manat məbləğində cərimələnmiş və ona müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.

Sexin sahibi Məmməd Ələkbərov sentyabr ayında ona verilən məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün vəzifəli şəxs qismində 4800 manat məbləğində yenidən cərimə olunub. Sexin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunması üçün sənədləşmə işləri aparılır.

Xəbər 3304 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +