İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


27.09.2025  15:15 

“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi son plandankənar yoxlama göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Oliqarx Baku” ictimai iaşə müəssisəsi nəinki elementar sanitar-gigiyenik qaydaları, hətta insan sağlamlığını qoruyan ən əsas tələbləri belə kobud şəkildə pozub. Müəssisənin sahibi Arzu Cəfər oğlu Rzalıya məxsus bu məkan, görünür, müştəriləri qazanc mənbəyi kimi görür, amma onların sağlamlığını, həyatını nəzərə almır.

Yoxlama zamanı ortaya çıxan mənzərə tükürpədicidir: isti yeməklərlə soyuq qəlyanaltıların eyni məkanda hazırlanması, texnoloji ardıcıllığın pozulması, havalandırma sisteminin olmaması, işçilərin tibbi müayinədən keçirilməməsi və ən nəhayət, saxta alkoqollu içkilərin satışa təqdim olunması... Bu faktlar, əslində, “Oliqarx Baku”nun restoran deyil, müştəri sağlamlığı üçün açıq risk məkanı olduğunu göstərir.

Özünü “Oliqarx” adlandıran bir müəssisə niyə ən elementar gigiyena qaydalarına əməl etmir? Adının dəbdəbəsi ilə müştəri cəlb edən bu məkanın daxili şəraitinin bu qədər bərbad olması, sadəcə məsuliyyətsizlik deyil, həm də istehlakçıya hörmətsizlikdir.

İnsanların pul ödəyib sağlamlıq əvəzinə xəstəlik riski alması hansı vicdana sığır?

Üstəlik, saxta alkoqol faktı ayrıca bir cinayət məsələsidir. Saxta spirtli içkilərin satışı yalnız gəlir əldə etmək məqsədilə deyil, həm də insanların həyatını təhlükəyə atmaq deməkdir. Saxta içkinin ağır fəsadlar törədə biləcəyi, hətta ölümlə nəticələnə biləcəyi hər kəsə məlumdur. “Oliqarx Baku”nun bu addımı isə açıq-aşkar laqeydlikdir.

Bütün bunlara rəğmən, müəssisə sahibinə yalnız inzibati protokol tərtib olunması və bir neçə göstərişin verilməsi ictimaiyyətdə haqlı narazılıq doğurur. Belə ağır pozuntular fonunda, “Oliqarx Baku”nun fəaliyyətinin müvəqqəti və ya daimi dayandırılması, həmçinin məsələ üzrə hüquqi qiymət verilməsi tələb olunur. Əks halda, bu müəssisə sabah yenidən qapılarını açaraq insanları təhlükə ilə üz-üzə qoyacaq.

“Oliqarx Baku” hadisəsi, əslində, sadəcə bir müəssisənin məsuliyyətsizliyi deyil. Bu, həm də ölkədə ictimai iaşə sektorunda nəzarətin nə qədər zəif olduğunu üzə çıxarır. Belə obyektlər yalnız təsadüfi yoxlamalarla ifşa olunursa, deməli, sistemli nəzarət yoxdur. Amma bütün bunların ən böyük zərərini müştərilər – sadə insanlar çəkir.

“Oliqarx Baku” qida təhlükəsizliyi prinsiplərini tapdalayan, insan sağlamlığını riskə atan, saxta içki satışı ilə cinayətə əl atan bir müəssisədir. Bu məkanın fəaliyyətinə sadəcə inzibati protokolla göz yummaq yox, daha sərt tədbirlər görmək, ictimaiyyətə dəqiq mesaj vermək lazımdır: istehlakçı sağlamlığı heç bir halda biznes maraqlarından üstün ola bilməz.

N.Oruclu
XəzərNews.az


Xəbər 3569 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +