Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


13.12.2017  16:05 

“Yol terroru” davam edir - 10 günə 32 ölü





A+  A-

Azərbaycanda yol terroru can almaqda davam edir. İlin son ayında baş verən qəzalarda ölən və yaralananların statiskası narahatlıq üçün əsas verir.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” dekabr ayının ilk 10 günündə qəzaların qurbanı olanların sayını araşdırıb. Rəsmi məlumatlardan ortaya çıxna nəticə budur ki, bu günlər ərzində 94 nəfər qəzaya düşüb.

Onlardan 32 nəfəri vəfat edib, 62 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Həyatı bitənlərin 15 nəfəri piyada olub, 17 nəfər isə avtomobillərin toqquşmasının qurbanı olub.

Ən dəhşətli hadisə dekabrın 5-də baş verib. Bir gün ərzində 9 nəfər dünyasını dəyişib. Həmin gün qəzaya düşənlərdən yaralanaraq canını sağ qurtaran olmayıb. Dekabrın 9-da və 19-da hər gün 5 nəfər vəfat edib. Bu iki gün ərzində 17 nəfər xəsarət alıb.

Ən çox xəsarət alanların qeydə alınması isə dekabrın 7-dəki qəzalarda olub. Həmin gün 8 qəzada 14 nəfər yaralanıb, 5 nəfər ölüb.

Bu statistik aralıqdan bir gün öncə də yol terroru 4 can alıb. Noyabrın 30-dakı 5 qəzada həmçinin 7 nəfər xəsarət alıb.

Bu 10 gün üçün açıqlananlar sadəcə rəqəm olsa da, reallıqda 50-dən çox ailənin faciəsidir. Lakin bu “qətl”lərin ən ilkin səbəbləri, günə təxminən 10 nəfərin qurban olmasının qarşısını kimin alacağı, “təhlükənin qarşısını almaq üçün mümkün tədbirlər görməyən” sürücülərdən başqa kimlərin məsuliyyət daşımalı olduğu bəlli deyil.

Xəbər 3196 dəfə oxunub.



29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +