Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


03.04.2017  09:53 

İcra başçısı ağır qəzaya düşdü





A+  A-

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov avtoqəzaya düşüb.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, başçının olduğu avtomobildə özündən başqa 2 oğlu da olub. Sükan arxasında isə sürücü deyil, icra başçısının köməkçisi olub.

Xəbərdə deyilir ki, qəza martın 25-də, Şəmkir Su-Elekrik Stansiyasından rayon mərkəzinə gedən yolun Yeniabad kəndi ərazisindən keçən hissəsində, günorta 2-3-də radələrində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, başçının köməkçisi Mahir Əliyevin idarə etdiyi Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli “Tayota Land Cruiser” markalı avtomobil qəfil və yüksək sürətlə qarşı yola çıxıb. Həmin vaxt qarşı yolda Mingəçevirin Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan 1947-ci il təvəllüdlü Həsən Əvkər oğlu Hüseynov özünə məxsus “Qaz - 31" markalı avtomobillə hərəkətdə imiş. H.Hüseynovun sükan arxasında professional davranışı dəhşətli qəzanın ölümsüz sonuclanmasına səbəb olsa da, onun özü ağır bədən xəsarətləri alıb. Dəhşətli toqquşma anında başçının olduğu maşında təhlükəsilzik yastıqları açıldığından A.Məmmədov, 2 övladı və köməkçisi yüngül əzilmələrlə canlarını qurtarıblar.

Xəbər 3013 dəfə oxunub.



29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +