Ramiz Mehdiyevə 4 ay ev dustaqlığı... - Məhkəmə
Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO


14.10.2025  17:21 

“Bank VTB“nin müştərisi azaldı





A+  A-

Bu ilin yanvar-sentyabr aylarında "Bank VTB (Azərbaycan)"nin aktivləri ilin sonu ilə müqayisədə 5,9 faiz azalaraq (18 milyon 823 min manat) 298 milyon 275 min manata düşüb.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, bankın aktivlərinin azalmasında nağd pul vəsaitləri və ekvivalentlərinin kiçilməsi mühüm rol oynayıb.

Belə ki, "Bank VTB (Azərbaycan)nin nağd pul vəsaitləri və ekvivalentləri ötən ilin sonundakı 47 milyon 731 min manatdan 57,8 faiz və yaxud 27 milyon 579 min manat azalaraq 20 milyon 152 min manata düşüb.

Hesabat dövründə bankın öhdəlikləri ötən ilin sonundakı 216 milyon 112 min manatdan 186 milyon 789 min manata düşüb (29 milyon 323 min manat və ya 13,6% azalma). Bunda depozit portfelinin kiçilməsi mühüm rol oynayıb. Bankın depozit portfeli 11 milyon 138 min manat və ya 9,8% azalaraq 114 milyon 153 min manatdan 103 milyon 15 min manata enib. Fiziki şəxslərin depozitləri 9,6% artaraq 70 milyon 48 min manatdan 76 milyon 776 min manata qalxıb, hüquqi şəxslərin depozitləri isə 40,5% azalaraq 44 milyon 115 min manatdan 26 milyon 239 min manata geriləyib.

"Bank VTB (Azərbaycan) "nin kredit portfelində (müştərilərə verilmiş kreditlər) artım müşahidə edilib - müştərilərə verilən kreditlər 242 milyon 36 min manata çatıb. Bu, ötən ilin sonuna nisbətdə 3 faiz artım deməkdir. Bankın cəmi kredit portfelinin 106 milyon 525 min manatı istehlak, 70 milyon 805 min manatı biznes, 64 milyon 706 min manatı isə ipoteka kreditləridir.

Əlavə olaraq, bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri də artıb. Ötən ilin sonuna olan 60 milyon 972 min manatdan 68 milyon 954 min manata yüksəlib.

Xəbər 343 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +