İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


11.04.2022  14:15 

Qoyunotaran da ola bilmiriksə, bəs bizdən nə olacaq?





A+  A-

Səhər işə başlayarkən saytlarda diqqətimi ən çox cəlb edən bu xəbər oldu: “Azərbaycan Gürcüstandan qoyun tədarükünü 4 dəfə artırıb”.

Başlıq qəliz olsa da, mənası budur: Əgər biz keçən il Gürücstandan 100 min qoyun almışıqsa, bu il həmin rəqəm 400 min olub.

Xəbəri oxuyandan bəri bir sual mənə rahatlıq vermir, qara-qara düşünürəm: Yer üzündə ən üzüyola, ən bərəkətli heyvan olan qoyunu da özümüz saxlaya bilmirik?

İqtisadçı dostları aradım. Məlum oldu ki, biz nəinki qoyun ətinə, hətta dana ətinə olan ehtiyacımızı da idxal hesabına ödəyirik. Bu isə o deməkdir ki, əgər xaricdən qoyun-quzu, dana almasaq, ilin ən azı 6 ayında ət üzünə həsrət qalarıq...

Biz uşaq olanda müəllimlərimiz yaxşı oxumayan uşaqlara belə deyirdilər: “A bala, dərslərinə fikir ver, nəsə öyrən. İnstituta qəbul olmasan, qoyunotaran olacaqsan”.

İndi elmə və təhsilə maraq sovet dövrü ilə müqayisədə xeyli aşağıdır. Bəs niyə qoyunotaranlarımız yoxdur?

Dünən soğanın 1 kiloqramını 1 manatdan almışam. Yaxşı kartof 2 manatdan aşağı deyil. Söhbət kürüdən getsəydi, deyərdim ki, nazirlərimiz, digər vəzifəli şəxslərimiz dura-dura biz nə karəyik ki, belə bahalı təamlardan dadaq? İstəyirsiniz, kartof-soğan da yeməyək? Hələ ki, yeyə bilmirik. Çünki çox bahadır. İqtisadçılar baha olmağını bu məhsulların xaricdən gətirilməsiylə əlaqələndirirlər. Belə məlum olur ki, kartof Pakistandan Bakıya gəlib çıxana kimi qiymət iki dəfə artır.

Hamılıqla xaricdə istehsal olunmuş televizor alırıq. Çünki biz televizor istehsal etməyi bacarmırıq. Hətta ütü də ölkəmizə kənardan gətirilir. Taxtanı, divar kağızını, hətta onu yapışdırmaq üçün yapışqanı da xaricdən alırıq. Bunları başa düşürəm. Çünki elmimiz hələ televizor istehsal edəcək səviyyədə inkişaf etməyib. Bəs dana ətini, quzu ətini, Allahın yumurtasını niyə xaricdən alırıq? Doğrudanmı, biz iki dananı, beş-on qoyunu qabağımıza qatıb otarmağı bacarmırıq? Əgər qoyunotaran da ola bilmiriksə, bəs bizdən nə olacaq?

Seymur VERDİZADƏ

Xəbər 11391 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +