İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


14.08.2025  14:43 

Qışda ƏT bahalaşacaq...- Səbəb?





A+  A-

Qış aylarına doğru Azərbaycanda əsas streteji ərzaq məhsulu olan mal əti bahalaşa bilər. Hər il azalmaqda olan örüş yerləri iribuynuzlu maldarlıq təsərrüfatlarının sayına ciddi mənfi təsir göstərir.

Lakin bahalaşmaya səbəb olacaq daha vacib amil yem xərclərinin artmasıdır. Statistik məlumatlara görə, son üç ildə heyvan yemlərinin qiyməti təxminən 80% artıb.

Bu da ətin maya dəyərinə ciddi təsir göstərir.

Azərbaycan ərazisində maldarlıq təsərrüfatları yem tədarükü baxımından əkilən sahələrin də həcmi kəskin azalıb. Azərbaycanda təxminən 386 000 hektar sahədə yonca bitkisi becərilir. Ölkə üzrə əkinə yararlı torpaqların ümumi sahəsi təxminən 1,820,000 hektar təşkil edir. Müqayisə etsək, aydın görünür ki, maldarlıq təsərrüfatlarının təminatı üçün bu qədər yemlik əkin sahəsi nə qədər azdır. Düzdür təkcə yonca ilə maldarlıq təsərrüfatlarının təminatı həyata keçirilmir. Ölkə səviyyəsində yem bitkilərinə ayrılmış əkin sahəsi təxminən 394 min hektardır. Bura isə təkcə maldarlıq deyil, quşçuluq və digər heyvandarlıq təsərrüfatları, o cümlədən də insanların istehlak məqsədi ilə tədarük edilən bitkilər də daxildir. Nəticə etibarilə də yerli tədarük daxildə maldarlıq təsərrüfatlarının yem təminatını qarşılamır.

Və ciddi azalma da var. Məsələn 2023-cü ildə ölkədə 2 505 100 baş iribuynuzlu heyvan var idisə, 2024-cü ildə bu rəqəm 2 460 000 başa qədər azalıb. Yəni 2023-cü illə müqayisədə 2024-cü ildə 45 100 baş iribuynuzlu heyvan azalıb. Əgər bu rəqəmi 2020-ci illə müqayisə etsək, o zaman ortaya daha dəhşətli rəqəmlər çıxır. 2020-ci ildə iribuynuzlu maldarlıq üzrə say 2 647,9 min baş təşkil edib. Və budur 2020-ci ildən 2024-cü ilə qədər Azərbaycanda iribuynuzlu heyvanların sayı 187 min 900 baş azalıb.

Başqa bir məqam da var. Xırdabuynuzlu maldarlıq təsərrüatlarında da azalma var. Və eyni zamanda kəsim də azalıb.

Dövlət Statistika Komitəsinə görə, vətəndaş təsərrüfatlarında say azalsa da, kəsim həcmi düşüb. 2016–2017-ci illərdə xırdabuynuzlu heyvan sayı 8,7 milyon olub, 2024-cü ildə bu rəqəm 7,7–7,8 milyon səviyyəsinə enib. Azalma 1 milyon baş!

Ətin bahalaşacağını şərtləndirən başqa bir amil də idxal edilən yem, yem əlavələri, dərman və s. komponentlərin qiymətinin qlobal bazarda artmasıdır. Bahalaşma yerli istehsalın maya dəyərini artırır.

Nəzərə alsaq ki, ölkənin maldarlıq təsərrüfatları istehlakının təxminən 15%-ini idxal yolu ilə təmin edir və son 6 ayda idxal qiymətlərində 20% artım qeydə alınıb, bu zaman ətin bahalaşacağı da qaçılmazdır.

Hazırda sümüklü mal əti 1 kq üçün 15–16 AZN civarındadır. Və unutmayaq ki, son bir ərzində predikiyaya görə qiymətlər 11–12 AZN-dən artaraq bu səviyyəyə çatıb.

Gözlənilən odur ki, ilin sonuna qədər ən azı 20, ən çoxu 50 faiz bahalaşma ola bilər.

Razi Abasbəyli
iqtisadçı-ekspert


Xəbər 2276 dəfə oxunub.




13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +