İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


16.02.2023  14:51 

“Kontakt Home” müştəriləri necə ALDADIR?





A+  A-

Artıq uzun müddətdir ki, “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı şikayətlər bitmək bilmir. Şirkət isə bu şikayətlərə ciddi yanaşmır. Alınan məhsulun xarab çıxması, texniki nasazlığın olması isə müştəri məmuniyyətinin daha da aşağı düşməsinə yol açır. Təsadüfi deyil ki, şirkətlə bağlı şikayətlərə sosial şəbəkələrdə də sıx rast gəlinir.

XəzərNews.az Yenicag.az-a istinadla bildirir ki, şikayətçilərdən biri “Kontakt Home”un müştərisi olan Elvin Bəylər oğludur. Onun sözlərinə görə, kreditlərini vaxtından tez ödəsə də, sistemdə hələ də şirkətə borclu olduğu görünür:

“Kontakt Home”dan mebel və ütü almışıq. Öncədən 1380 manat ödəniş etmişəm və kreditimi vaxtından qabaq ödəyib bitirmişəm. Ancaq buna baxmayaraq, şirkət adıma gecikmə düşdüyünü bildirir. Bununla bağlı şirkətin *6060 qaynar xəttinə yığmışam və mənə deyirlər ki, tam ödəniş edilməyib. Halbuki əlimdə ödəniş qəbzləri var. Krediti həyat yoldaşım Sahibə Nizaməddin qızı Balabəyovanın adına götürmüşük. Əgər şirkət sistemdən gecikməni silməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəm”.

Digər şikayətçi isə vurğulayıb ki, endirimlə aldığı məhsulun qiymətini nəğd şəkildə ödəsə də, şirkət məhsulu təhvil verməkdən boyun qaçırıb:

“25 noyabr 2022-ci il tarixində “Böyük Cümə” endirimi zamanı “Kontakt Home”dan endirimlə 139 manata blender almışdıq. İlk önce məhsulun 2 gün ərzində çatdırılacağı bildirilmişdi. Daha sonra məhsulun 2 gün gecikəcəyi bildirildi. Düzü tələsmirdik, anlayışla qarşıladıq ki, alıcı çox olub, çatdırılma zaman ala bilər düşündük. Bir həftədən sonra əlaqə saxladıq ki, məhsulumuz haradadır? Bildirdilər ki, sistemdə məhsulun bizə verildiyi qeyd olunub. Xülasə, sübut etdik ki, məhasul bizə çatdırılmayıb. Dedilər, onda 2 günə göndərərik… Sonra məhsulu aldığımız “Əhmədli” filialına getdik, vitrindən cızıq, qutusu cırıq məhsul gətirdilər ki, buyurun. Düzü heç təəccüblənmədik. “Anbarda məhsul qalmayıb” adı ilə bizə bunu verməyə çalışdılar. Sonra malı qaytarmağı təklif etdilər. Yəni mən həmin gün məhsulu başqa mağazadan eyni qiymətə ala bilərdim, amma indi qaytarıb daha baha qiymətə almalıyam?! Sonra bildirdilər ki, “Masallı” filialında var, onu çatdıraq. 1 həftə keçdi, xəbər olmadı. Məlumat mərkəzinə zəng edib şikayət etdik, 1 həftə keçdi, yenə də xəbər çıxmadı. Bir sözlə, “Kontakt Home” 25.11.22 tarixində satılmış məhsulu bizə hələ də təhvil verməyib və pulumuzu qanunsuz olaraq mənimsəyib. Məhkəməyə müraciət edib məbləğin 100 misli həcmində kompensasiya almaq istəyirik”.

Daxil olan şikayətlərdən belə başa düşmək olur ki, “Kontakt Home”un servis xidmətində də müəyyən problemlər mövcuddur. Şikayətə görə, alınan məhsulun təmirə ehtiyacı olsa da, şirkət vaxtı uzatmaqla məsuliyyətdən qaçmağa çalışır:

“”Kontakt Home”dan qızıl zəmanətlə paltaryuyan maşın almışam. Qızıl zəmanət üçün isə əlavə 450 manat ödəniş etmişəm. Maşının qapağı xarab olduğu üçün servisə aparıblar və artıq 1 aydır ki, xəbər yoxdur. Servislə əlaqə saxladım və mənə dedilər ki, hələ vaxtım tamam olmayıb, gözləməliyəm. Məğər bir qapağı dəyişməyə 1 ay vaxt lazımdır?! Ən əsası paltaryuyan maşını aparan usta niyə 1 aydan sonra gətirəcəkləri barədə öncədən məlumat vermir?! Bu qədər özbaşınalıq olarmı? Əgər “Kontakt Home” problemləri həll edə bilmirsə, onda camaatı niyə aldadır?!”.

Xəbər 2706 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +