“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


15.10.2025  16:09 

O, hamıya pislik edirdi... - Arif Rəhimzadə





A+  A-

Qocaman YAP-çı, hakim partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə Musavat.com-a müsahibə verib. Söhbətimizdə Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri, YAP Veteranlar Şurasının üzvü Ramiz Mehdiyevlə bağlı sensasion həbsi mövzusundan bəhs etdik:

– Arif müəllim, siz də Ramiz Mehdiyevin həbsi xəbərinə təəccübləndiniz? Yoxsa bu, gözlənilən idi?

– Vallah, mənim bu barədə məlumatım yox idi, indi də yoxdur. Amma o, insanlıqdan uzaq bir şəxsdir. Onu mən bilirdim. Deyirlər, ölənin dalınca danışmazlar… İndi bu, hələ ölməyib.

– Demək, siz onu ağır xarakterli bir şəxs kimi tanımısınız…

– Ağır xarakter yox e, ağır xarakter olar. O, hamıya pislik edirdi – səbəbi olsa da, olmasa da. Bu haqda uzun-uzadı danışmaq istəmirəm.

– Amma ortada çox ciddi ittihamlar var. Təsəvvür edin ki, uzun müddət dövlət idarəçiliyində təmsil olunmuş, Administrasiyaya rəhbərlik etmiş sabiq məmur dövlətin təməllərini qazmaqla məşğul olub. Bu da sizi təəccübləndirmədi?

– Yox, təəccübləndirmədi. Ondan hər şey gözləmək olardı.

– Onunla nə vaxtsa şəxsi söhbətləriniz, toqquşmalarınız, mübahisələriniz olubmu?

– Yox, olmayıb. Mən həmişə ondan məsafə saxlamışam. Bilirəm ki, mənim haqqımda çox uydurmalar yazıb, danışıb. Mənfi fikir yaratmaq iqtidarında olan adam idi. Mənim haqqımda belə şeylər edib.

– Arif müəllim, siz hakim partiyanın Veteranlar Şurasının sədrisiniz. Ramiz Mehdiyev isə həmin Şurada təmsil olunur, eləmi?

– Çıxacaq ordan.

– İclaslara gəlirdimi?

– Yox, gəlməyənlər var. Səhhəti və başqa səbəblərlə əlaqədar. Bu, o demək deyil ki, onlar Veteranlar Şurasının işində iştirak etmir. Sənəd göndərirdik, baxırdılar, fikirlərini deyirdilər.

– Ramiz Mehdiyev necə? Hansısa müzakirələrdə distant iştirakı olubmu?

– Yox.

– DTX-nin irəli sürdüyü ittihamlarla yəqin ki, tanışsınız. Bəzi ekspertlər hesab edirlər ki, burada 87 yaşlı Ramiz Mehdiyevin tək fəaliyyəti məsələsi deyil.

– Yəqin ki. Əlbəttə.

– Digər şəxslərin də ifşa olunacağı ilə bağlı məlumat və ya gözləntiləriniz nədən ibarətdir?

– Mənim məlumatım yoxdur. Onun fəaliyyəti ilə bağlı da heç vaxt maraqlanmamışam. Sözün doğrusu, onun barəsində danışmaq da istəmirəm.

– Azərbaycanda “5-ci kolon”un mövcudluğu və onun təhlükəsi barədə deyilənlərlə bağlı fikriniz necədir?

– Mən deməzdim ki, Azərbaycanda “5-ci kolon” var. Ancaq yəqin ki, qonşu ölkələrdə Azərbaycanı idarə etmək istəyi mövcuddur. Ola bilsin, belə bir niyyətləri var. Ancaq cənab Prezidentin fəaliyyəti və adını çəkmək istəmədiyim qonşu ölkənin rəhbəri ilə son görüşü bir daha göstərdi ki, onun siyasəti nə qədər düzdür və təsiredicidir. Digər şəxs də onun qarşısında balaca uşaq kimi “nəm-nüm” deməyə başladı. Odur ki, “5-ci kolon” boş şeydir. İstəyən var e, amma istəməklə yaratmaq arasında xeyli məsafə var.

– Bir çox hallarda Ramiz Mehdiyev haqqında “Rusiyanın adamı” ifadəsi işlədilib. Son vaxtlar da şimal qonşumuzla gərginlik yaşanırdı. Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il sonra dövlət müstəqilliyimizin təməllərini qazmağa yönəlik cəhdlər sizcə nədən, hansı niyyətdən qaynaqlana bilər? Tarixi Zəfər qazanmış, rəhbərlik etdiyi ölkənin ərazi bütövlüyünü təmin etmiş Liderin siyasətinə qarşı çıxmaq cəsarəti haradan gələ bilərdi?

– Görünür, hansısa ölkə ilə bağlılığı var. Onun, şübhəsiz ki, böyük biznesi var idi, həmçinin qonşu ölkələrdə də. Yaxşı, deyirlər, yıxılanın dalınca danışmazlar. Məhkəmə olacaq, araşdırmalar gedir, məsələlər onda hamıya aydın olacaq.

Xəbər 113 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +