İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


30.09.2024  15:32 

Daha çox müştəri cəlb etmək və satış artırmaq üçün nə lazımdır? – Mütəxəssis AÇIQLADI





A+  A-

Sosial Media Mütəxəssisi Məmmədsan Həsənov sosial media marketinqinin strategiyaları, platformaların avantajları və dezavantajları, analitika və s. kimi mövzularla bağlı Xəzərnews.az-ın suallarını cavablandırıb.

- Sosial media marketinqində ən effektiv strategiyalar hansılardır?

“Sosial media marketinq strategiyası müxtəlif onlayn kanallar, vasitələr və texnologiyalardan istifadə edərək xüsusi marketinq məqsəd və ya məqsədlərinə nail olmaq üçün hərtərəfli plandır. Bu, hədəf auditoriyaların müəyyən edilməsini, marketinq məqsədlərinin müəyyən edilməsini və müştəriləri cəlb etmək, satışı artırmaq və saxlamaq üçün rəqəmsal platforma və vasitələrdən istifadə etməyi əhatə edir. Sözügedən effektiv strategiyalar aşağıdakı suallara cavab verməlidir:
- Əsas biznes məqsədlərimiz nələrdir və sosial media marketinq onlara necə nail ola bilər?
- Rəqəmsal məkanda rəqabətli mövqemiz necədir?
- Hədəf auditoriyamız kimlərdir?
- Məzmun strategiyamız nədir?
- Dəyər təklifimiz nədir?
- Əsas fəaliyyət göstəricilərimiz hansılardır? və s.
Bu suallara cavab verən marketinq strategiyası effektiv sayılır və təyin edilən əsaslı reklam büdcəsi qarşılığında öz nəticəsini yüksək səviyyədə verir”.

-Gündəlik həyatda əsas məşğuliyyət vasitələrimizə çevrilən sosial media platformaları məlum olduğu kimi, müəyyən məqsədlər üçün xidmət edir. Və daima müzakirə olunur. Fikrinizcə, bu platformanın avantajları və dezavantajları nələrdir?

“Sosial media marketinqdə müxtəlif platformalar var. Yəni biz SMM vasitəsi olaraq Facebook, İnstagram,Tiktok,X, Pinterest, Linkedİn və.s platformalardan istifadə edə bilərik. Bu platformaların əvvəlcə avantajlarına baxaq. Əslində hər bir platformanın öz fərqli üstünlükləri var, amma hazırda istifadə olunan variantlardan götürsək, daha ciddi xidmətlər, məhsullar Facebook, Linkedİn, X üzərindən reklam olunaraq müştəri auditoriyası toplayır. Biraz daha light məhsullar desək, onlar İnstagram, Tiktok üzərindən reklam olunaraq daha çox satış olunur, müştəri bazası toplaya bilir. Ancaq digər tərəfdən hansı platformaların dezavantajı var. Yəni hər hansı bir platformanın bizim biznesimiz və ya məhsulumuz üçün mənfi tərəfi yoxdur. Sadəcə olaraq biz sosial media platformalarının hər hansı birində mənfi bir kontent paylaşsaq, o bizim məhsulumuz yaxud da xidmətimiz üçün dezavantaj ola bilər. Bəlkə düzgün reklam strategiyası seçmərik, bəlkə də kütləyə düzgün çatdırmarıq, o zaman, bəli, izləyicidə hansısa neqativ fikirlər yarana bilər. Bu, bizim xidmətimizə və ya məhsulumuza qarşı xoşagəlmız vasitə ola bilər”.

-Hər bir sosial media platformasında reklam çıxarıldıqdan sonra ölçmə, təhlil, ya da digər adı ilə analitika həyata keçirilir. Bu nə üçün vacibdir?

“Biz hər hansı bir platformada məhsulumuz və ya xidmətimiz haqda post paylaşmışıq, daha sonra onu reklama çıxarmışıq. Məsələn, iki həftəlik və ya on dörd günlük bir müddətdə reklama çıxarmışıq, toplam 200 dollar büdcə ayırmışıq. Və artıq iki həftə sonra reklamımız sona çatıb, büdcəmizi xərcləmişik. Artıq biz bunun analitikasını aparmalıyıq. Reklama nə qədər baxış olduğuna, nə qədər müraciət edildiyinə, yazanlar arasında neçə nəfərin bizim məhsulumuzu aldığına, onlayn xidmətimizdən nə qədər insanın yararlandığına baxmalı, bunların təhlilini aparmalıyıq. Bunları isə həm Meta ADS, həm də Google ADS üzərindən edə bilərik. Müəyyən platformalar, onlayn “tool”lar var, hansı ki, analitikaları həmin onlayn “tool”lar vasitəsilə aparırıq.Məsələn “Google”də verdiyimiz hər hansı reklam nəticəsini daha sonra “Google Analitics” vasitəsilə apara bilirik. Bu analitikanı aparmaqda əsas məqsəd o olmalıdır ki, biz verdiyimiz reklam kampaniyasının nəticələrinə baxaq və növbəti reklam kampaniyalarımızı bu nəticələrə uyğun olaraq planlaşdıraq. Ola bilər ki, əldə etdiyimiz nəticəni artırmaq istəyirik, bu zaman da büdcəmizi də artrmalıyıq. Əgər bizə nəticəmiz kifayət edirsə, yaxud da gözlədiyimizdən daha artıqdırsa, o zaman büdcəmizi stabil saxlaya və ya aşağı sala bilərik. Bu, vəziyyətə görə dəyişir”.

Zəhra Niftiyeva
Xəzərnews.az


Xəbər 7063 dəfə oxunub.



13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +