İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


22.02.2017  12:39 

Sabiq nazir müavini Musa Pənahov ölkəni tərk edir?





A+  A-

1 milyard sərvətə sahib prezidentin qızını alan oliqarx-məmur təhlükə altındadır
Qısa bir müddət öncə Nəqliyyat Nazirlyinin ləğv edilməsi gündəmdə "bomba" təsiri yaratdı. Bundan sonra isə redaksiyamıza ilginc məlumatlar daxil olmağa başladı. Həmin məlumatlardan birində yüz milyonlarla ölçülən sərvət toplamış sabiq nazir müavini Musa Pənahovun həbs olunacağından ehtiyatlanaraq, ölkədən qaçmaq üçün imkan axtarmasından bəhs olunur.

Bildirilir ki, 1 milyardlıq sərvətə malik Moldova eks-prezidenti Vladimir Voroninin qızını öz nəvəsinə alması ilə dövlətin diqqət mərkəzinə düşən Pənahov həbs olunacağından qorxur.

Məlumatlı mənbə iddia edir ki, Voroninin öz nəvəsini Pənahovun oğluna verməsinə səbəb də məhz oliqarx-məmurun özünün də bir milyarda yaxın sərvətə sahib olmasıdır, hər halda eks-prezidentin- dünyanın ən varlı adamlarından birinin nəvəsi kasıb bir məmur oğluna ərə getməzdi.
Sabiq nazir müavini Musa Pənahov ölkəni tərk edir?
Bəs azərbaycanlı oliqarxın oğlu Fuad Pənahov Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladı ilə necə tanış olub? "İnfotag" və "Publika" portallarına istinadən Rusiya qəzetləri yazır ki, gənclər 2 il öncə Fransanın elitar kurort zonası olan Lacivərd sahillərdə tanış olublar. Moldovanın eks-prezidentinin nəvəsi Katerina Voronina atasının 1 milyard dollarlıq sərvətinin yeganə varisi hesab edilir. O, Kişinyovda kollec bitirib, daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib. Ancaq hansı ölkədə oxuduğu açıqlanmır.

İzdivac baş tutduqdan sonra isə Pənahov boş oturmayıb və Azərbaycanda olan külli miqdarda sərvətini Moldovaya köçürməyə başlayıb.

Məmur-oliqarx moldovan qudasıyla əlbir olaraq, demək olar ki, bu ölkədə bütün biznes sahələrinə barmaq qoyub.

Pənahovun ölkədən qaçmağa hazırlaşmasının digər səbəbi isə adının Fətullah Gülənə yaxın adamlar siyahısında gəlməsidir.

Qeyd edilir ki, Fətullahçıların "Hizmət" təşkilatının Azərbaycandakı əsas "hizmətçisi" yaxın aylarda ölkəni tərk etmək üçün gizli əməliyyata başlayıb. Oliqarx-məmur bütün addımlarını ehtiyatla və yalnız yaxın çevrəsi ilə məsləhətləşib atır. Artıq Pənahovun yüz milyonlarla ölçülən sərvətinin böyük hissəsi Azərbaycandan çıxarılıb və Moldovadakı biznesinə yatırılıb. (qaynarinfo.az)

Mövzunu diqqətdə saxlayacağıq.


Xəbər 4537 dəfə oxunub.



13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +