Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


05.03.2024  12:54 

“Allah bir gün onlara qan qusduracaq”-Deputat





A+  A-

“Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, icazə almadan tikintiyə, söküntüyə başlayırlar. Onları dayandıracaq qurum da yoxdur”.
Xəzərnews.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev parlamentin plenar iclasında bildirib.

Deputatın sözlərinə görə, məhkəmələrin qərarları açıq-aşkar icra olunmur: “Belə tikinti şirkətlərinin rəhbərlərinin gözlərini pul elə tutub ki, Allahdan belə qorxmurlar. Anlamırlar ki, Allah bir gün onlara qan qusduracaq. Müavinim Elçin Mirzəbəylinin həyat yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödəmədən gəlib söküblər.

Mən bilirəm ki, bu, Ombudsmanın gücü çatacaq məsələ deyil, amma soruşmaq istəyirəm, siz nə təklif edirsiniz? Milli Məclisin məsuliyyəti nə qədərdir? Biz nə edək ki, bu vəziyyəti dəyişək?”

***

Ombudsman Səbinə Əliyeva cavab olaraq bildirib ki, ölkə vətəndaşlarının mülkiyyət hüquqları ən ali şəkildə qorunmalıdır:

“Problem bu sahəyə nəzarəti həyata keçirən qurumlarının daha ciddi nəzarət etməmələrindədir. Ümid edirik ki, bu çıxışlardan sonra gələcəkdə dövlət qurumları bu sahəyə həssas yanaşacaqlar”.

Xəbər 4282 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +