Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


20.06.2025  12:51 

Təl-Əviv-Tehran qarşıdurması - 8-ci gün/YENİLƏNİR





A+  A-

İsrailin 13 iyunda İrana hücumundan sonra bölgədə qarşılıqlı hücumlar davam edir.

XəzərNews.az Təl-Əviv-Tehran xəttində baş verən toqquşmaların 8-ci gününün qısa xülasənini təqdim edir:

*
İranın raket zərbələrindən sonra xeyli İsrail vətəndaşı ölkəni tərk edib. İsraillilər kütləv şəkildə "Taba" sərhəd-keçid məntəqəsindən keçərək Misirə gəliblər.

*
İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, müharibəyə son qoymağın yeganə yolu İsrailin hücumlarını qeyd-şərtsiz dayandırmasıdır.

*
İran mediası İsrailə məxsus pilotsuz təyyarənin Tehranda binaya çırpıldığını bildirib.

*
İsrail ordusu iyunun 20-də İran Müdafiə Nazirliyinin hərbi təlimlər üçün yeni texnologiyaların hazırlanması ilə məşğul olan Müdafiə İnnovasiyaları və Araşdırma Təşkilatının (SPND) qərargahını bombaladığını bildirib.

*
Kremlin sözçüsü Peskov Yaxın Şərqdə baş verənlərlə bağlı narahatlığını ifadə edib və lazım gələrsə, Moskvanın vasitəçilik etməyə hazır olduğunu bildirib.

*
İranın İsrailin Beersheba şəhərinə, o cümlədən Microsoft binasına hücumu nəticəsində dəyən ziyan görüntülənib.

*
İranın paytaxtı Tehranda müdafiə sistemləri işə salınıb. İsrailin yeni hücumu gözlənilir.

*
İranın xarici işlər naziri Əraqçi bildirib ki, İsrailin hücumları davam edərkən biz heç kimlə görüşməyə hazır deyilik.

*
İran dövlət mediası İsrailin hücumlarında öldürdüyünü iddia etdiyi İran ordusunun bir nömrəli adamı Əli Şadimaninin yaralandığını və vəziyyətinin stabil olduğunu bildirib.

*
İranın paytaxtı Tehranda İsrailin hücumlarda istifadə etdiyi iki pilotsuz uçuş aparatının (PUA) vurulduğu açıqlanıb. Mehr Xəbər Agentliyi İnqilab Keşikçiləri Komandanlığının yazılı açıqlamasını yayıb. Açıqlamaya görə, Tehranın cənubundakı Şehri Rey rayonunda kamikadze tipli PUA, Tehran Neft Emalı Zavodu ərazisində isə mini İHA zərərsizləşdirilib.

Xəbər 481 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +