Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


27.04.2023  14:39 

“Araik “istefa” verib qaçmaq istəyirdi...“





A+  A-

Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra separatçıların qondarma “konstitusiya dəyişikliyi layihəsi”ni yenidən müzakirəyə çıxarması diqqət çəkir: qondarma “prezident” səlahiyyətləri azaldılır, “yarım-prezidentlik” modelinə keçmək, qondarma “parlmentə” daha çox “səlahiyyət” vermək istəyirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Asif Nərimanlı çıxış edib.

A.Nərimanlı bildirib ki, bunun iki mümkün hədəfi görünür:

"Birincisi, Araik Azərbaycanın Xankəndinə qayıdışı perspektivi fonunda məsuliyyəti tam üzərinə götürmək istəmir: Laçın yolunda aksiya başlandıqdan sonra “istefa” verib qaçmaq haqda da düşünürdü, lakin ruslar icazə vermədi; postun qurulmasından sonra baş verəcək hadisələrə görə əsas günahkar olacağını anladığı üçün məsuliyyəti bölüşdürür.

İkincisi, separatçı rejimin ləğv edilməsi təhlükəsinə qarşı qondarma “parlamentin” önə çəkildiyi görünür: bu, həm bir şəxsin – Araikin sıradan çıxarılması ilə rejimin faktiki ləğvinin qarşısını almağa, həm də “erməni əhalisinin seçimi haqda “parlament” qərar verir” əsasını yaratmağa hesablanıb".

A.Nərimanlı əlavə edib ki, onlar belə demək mümkünsə “evcik-evcik” oyunayırlar.

Xəbər 2408 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +