Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


22.06.2025  21:00 

Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı





A+  A-

Rusiya Federasiyası, Çin və Pakistan ABŞ-ın İrana hücumlarını pisləyib və BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsində atəşkəs tələb ediblər.

Xəzərnews.az Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadla məlumat yayıb.

Sənəddə vurğulanıb ki, bu cür hücumlar qlobal sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bundan əlavə, Rusiya, Çin və Pakistan dərhal atəşkəs əldə olunmasını tələb edib və diplomatik yolla nizamlanmaya çağırıb.

Bütün çoxtərəfli və birtərəfli sanksiyaların ləğvi müqabilində İranın dinc nüvə proqramına zəmanət verilməsi təklif edilir.

Agentlik qeyd edib ki, Rusiya Federasiyası, Çin və Pakistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələri müzakirə etmək üçün fövqəladə iclası iyunun 22-də axşam keçiriləcək. O, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 984 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +