Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


11.01.2019  13:35 

Qəbiristanlıqlarda və dəfnlərdə yeni qaydalar tətbiq olunacaq





A+  A-

“Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq”​.
Bu sözləri ​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

XəzərNews.az xəbər verir ki, söhbət “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanun layihələrində edilən dəyişikliklərlə əlaqədar Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na etdiyi dəyişikliklərdən gedir. Sözügedən qanun layihələrindəki dəyişikliklərdə qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələr müəyyən edilir.

Bələdiyyələrin bu məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmədiyi hallarda məsuliyyət məsələsini təmin edir və bələdiyyə büdcəsindən qəbiristanlıqların salınması, saxlanması, qorunması, idarə olunması və abadlaşdırılması məqsədi ilə zəruri xərclərin tutulmasını təsbit edir.

Belə ki, yeni qəbiristanlığın salınması barədə qərar qəbiristanlıq köçürüldükdə, qəbiristanlıq bağlı elan edildikdə, yeni yaşayış məntəqəsi salındıqda verilir.

Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 (min) nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən edilir.

Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi, habelə qəbiristanlığın qorunması və saxlanılması işlərinin təşkili məqsədi ilə bina və digər obyektlərin tikintisi, qəbiristanlıq yollarının və rezervasiya nəqliyyat vasitələri üçün meydançanın salınması məqsədi ilə nəzərdə tutulur.

Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər hesabına həyata keçirilir.

Xəbər 2871 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +