Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


01.01.2019  13:48 

Məhbəsdən çıxan məşhur idmançı Bakıdan Şəkiyə yürüşə çıxdı - FOTOLAR





A+  A-

10 ildir məhbəs həyatı yaşayan qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədov bir neçə gün öncə həbsdən azadlığa buraxılıb.
XəzərNews.az-ın məlumatına görə, Azad Məmmədov əvvəlcə Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Şəhidlər xiyabanına baş çəkib, torpaq uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarını yad edib.

Ardınca Azad Məmmədov elə bu gün – 31 dekabrda Bakıdan Şəkiyə piyada yürüşə çıxıb. Yürüşdə məqsəd vətənpərvərliyi və idmanı təbliğ etməkdir. Onun yanvarın 4-də yürüşü sonlandırıb Şəkiyə çatması planlaşdırılır.

Qeyd edək ki, əslən Şəkidən olan Azad Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunudur.

1991-ci ildə BDU-ya daxil olsa da, tələbələrə verilən möhlət hüququndan istifadə etməyərək 1992-ci ildə könüllü olaraq Qarabağ savaşında iştirak etmək üçün cəbhəyə gedib. Dəfələrlə ölumlə üz-üzə qalmasına baxmayaraq, atəşkəs rejiminə qədər qanlı döyüşlərdə iştirak edib.

Bir çox beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançı 2003 – cü ildə yarış zamanı qarşılasdigi, fiziki göstəricilərinə görə “vəhşi” adlandırılan erməni idmançını qısa müddət ərzində məğlub edib.

Həmin döyüş Xocalı faciəsinin ildönümünə təsadüf edib. İdmançılar qarşılaşmazdan əvvəl belə razılaşıblar ki, uduzan tərəf öz ölkəsinin bayrağını qarşı tərəfə təslim edəcək. Azad Məmmədov nəyin bahasına olursa olsun, bayrağımızı qorumaq üçün qətiyyətlə mübarizəyə atılıb. Bir neçə dəqiqə ərzində rəqibi üzərində qələbə çalıb və düşmən bayrağını təslim alaraq, onu Bakıya gətirib və BDU-nun yataqxanasında məskunlaşan Xocalı köçkünlərinin ayaqları altına atıb.

Azad Məmmədov ailəlidir, 3 övladı var.






Xəbər 3138 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +