Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


01.12.2017  14:57 

“KİV haqqında qanun” dəyişdirildi





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında “Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
XəzərNews.az-ın məlumatına görə, qanunun 3-cü maddəsinə ( Əsas anlayışlar) dəyişiklik təklif edilir.

Belə ki,qanuna ediləcək dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına “informasiya ehtiyatı” sözləri əlavə edilir.

Kütləvi informasiya vasitələrinə - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir. 5-ci maddəyə ediləcək dəyişikliklərə görə isə “Kütləvi informasiya vasitələri haqqında” qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Televiziya və radio yayımı haqqında”, "Məlumat azadlığı haqqında", “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir.

Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması.

Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla ilə tənzimlənir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Xəbər 3189 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +