24.06.2025 10:55
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
I. İran nəinki Allahı rədd etmişdi, hətta bəzən Allahla mübarizə aparmaq iddiasına düşürdü. İranın indiki məğlubiyyəti dünyada heç bir dövlətin başına gəlməyən məğlubiyyətdir.
İranın ictimai-siyasi və hərbi elitası bunu dərk etmək gücündə deyil. Bütün hər cür siyasi bəyanat verən Sepahın rəhbərliyi, generalları adi özlərini qoruya bilmədilər. İsrailin sözü ilə eyni vaxtda yığıldılar, iclasda keçirdilər, yerləri də bəlli və İsrail də onları vurdu. İranın dərhal yaranmış vəziyyətə uyğunlaşa bilmədi. Bütün bunları izah etmək üçün ən yaxşı misal: İran İraqdan dəfələrlə ərazi, əhalisinə görə çox olsa da kasıb idi. İran 8 il İraqın qarşısında davam gətirdi və sonda qələbə çaldı, heç bir ərazi itirmədi.
Yaxınlarda isə İran özünü dünyanın ən güclü hərbi dövlətləri ilə müqayisə edirdi. Cəmi bir neçə dəqiqə İsrailin qabağında dayana bilmədi.
Səbəb Allah idi. O zaman İran Allahın yolunda idi, Allahı tanıyırdı və iranlıların dili ilə desək “qələbəni də İrana verdi”. İndi isə Allahdan uzaqlaşmışdı. Bu qədər hərbi qüdrətlə İran məğlub oldu. Bu əyani dəlildir ki, İran Allahın mövcudluğunu qəbul etməli və Allaha itaət etməlidir.
Dövlət olmayan İraq Kürdüstanına nə qədər raket buraxmanızı öyrənməyiniz vacibdir.
II. İranda çox böyük yalanlar işlənilir. Əgər yalana pul verilsəydi İran dünyanın ən varlı dövləti olardı. İranda həqiqət şeytanın yerindədir. Kim həqiqəti görürsə onun üstünə hücuma keçir.
III. Azərbaycan Respublikası, xalqı ilə münasibətinizi səmimi qəlbdən düzəldin. Sizin səmimi olmağınız üçün iki nəsil dəyişilməlidir. İran anti-Azərbaycançı olub. Əgər İrana Qərb dövlətləri, Rusiya vəd versəydi ki, Azərbaycan Respublikası 50 ildən sonra öləcəkdir, İran bu gün ölümünə razı olardı. İranın indi ən ağır dövrüdür, Tehrana baxın, danışığınızdan bəlli olur ki, artıq Bəsic vəziyyətə nəzarət edir.
İsrailin İranda iki casus PUA zavodu var, hər yerdə strukturları var. Ayrı-ayrı vətəndaşlardan İsraillə əməkdaşlıq üçün müraciət edənlərin sayı artır. Bütün bunların hamısının səbəbi İranın fars şovinizm millətçilərinin Azərbaycanı qəbul etməməsi, anti-Azərbaycançı motorunu işlətməsidir.
İki misal sizə bəs edər:
1. Qumda ruhanilik fəaliyyəti ilə məşğul olan və oxuyan azərbaycanlıların müraciətinə baxın. Onlar daha çox İranın ali rəhbəri, milliyyətcə azərbaycanlı olan S.Ə.Xameneini müdafiə etdilər. Onlar demədilər ki, İran dövləti 5 min illik dövlətdir, dünyanı İran yaşadıb və bundan sonra da İran yaşatmalıdır. Yəni sizin klişelər onların müraciətində yox idi. Onlar bizim hamımıza nisbətdə sizi daha yaxşı tanıyırlar və həm dövlət, həm də özünüzə məxsus dininizə sitayiş edərək, siz onlara zülm edirsiniz. Oğlanlı, kişili, qızlı başlarına oyun açmısınız, onlar hamısını bilir. Eyni zaman da ali rəhbəri müdafiə etməlidirlər.
2. Hacı İlqar İbrahimoğlunun müraciətində İran dövləti yoxdur. Hacı İlqar İbrahimoğlu Qərb, Avropa məkanında Azərbaycanın dini qarışıq Azərbaycançılığı təbliğ edib, uğur qazanmış adam idi. Sizə dirənəndə artıq işləri yaxşıya getmədi, durğunluğa getdi.
IV. Siz artıq yeni kurs götürmüsünüz. Məğlubiyyətiniz sizə çox baha başa gələcək, ərazi itkisi qarşısındasınız. Nüvə, raket, PUA olmayacaq, iqtisadiyyat limitli olacaq.
İran hökuməti yeni ictimai-siyasi və hərbi nəsil yetişdirməlidir. Bu nəsil yalnız yalan, Allahın inkarını, düşmənçilik bilir. Onlar ilə yeni dövrdə heç bir iş görə bilməyəcəksiniz. Onların beyni yarımçıqdır. İndiki şəxslərdən transformasiya olunanların sayı çox olsa sizin qarşıdakı dövrdə ərazi itkilərinizi azalda bilər.
Mübariz Əhmədoğlu
Politoloq
Xəbər 448 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|