Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


21.08.2023  14:35 

Dövriyyədən 32 milyonluq narkotik çıxarıldı





A+  A-

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı və Respublikanın digər bölgələrində silsilə əməliyyatlar həyata keçirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri - Azər Bədəlov, Əmrah Əlizadə, Nurlan Bayramov, Elmin Məmmədov, tanışı Qüdrət Həsənov və Samirə Novruzəliyeva saxlanılıblar:

“Onlardan 20 kiloqram heroin, 29 kiloqram marixuana, 10 kiloqram tiryək və 8 kiloqram metamfetamin olmaqla ümumilikdə 67 kq narkotik vasitə və psixotrop maddə aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar. Qeyd edilən dövrdə Baş İdarə tərəfindən keçirilən əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 66 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 32 milyon manat olan 400 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, metamfetamin, eləcə də 7300 ədəd metadon həbi çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Milli genefondumuza olduqca mənfi təsir göstərən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Daxili İşlər Nazirliyi tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir”.

Xəbər 3064 dəfə oxunub.



22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +