Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


01.09.2021  16:19 

Londonda milyonluq ev alan azərbaycanlıların sayı artıb





A+  A-

Hazırda Londonun daşınmaz əmlak bazarında əcnəbi alıcıların sayında artım müşahidə edilir. Sözügedən bu alıcılar sırasında azərbaycanlılar da var.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumat Britaniyanın “Estate Agent Today” portalında yer alıb.

Daşınmaz əmlak üzrə “Eccord agency” şirkətinin təsisçisi və icraçı direktoru Co Ekkls Londonda daşınmaz əmlak almaq istəyən xaricilərin sayının artdığını açıqlayıb.

O, hazırda İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olan müştərilər ilə çalışdığını bildirib. Co Ekkls vurğulayıb ki, bu müştərilər 2,5-10 milyon funt sterlinq dəyərində evlər ilə maraqlanırlar.

Onun sözlərinə görə, Birləşmiş Krallığın paytaxtında daşınmaz əmlak almaq istəyən xaricilərin sayının sentyabr ayında artacağı da gözlənilir.

Xəbər 3590 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +