Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


12.08.2020  14:38 

Rusiyanın Səhiyyə naziri peyvəndlə bağlı tənqidlərə cavab verdi





A+  A-

“Görünür, Rusiya dərmanının müəyyən rəqabət üstünlüklərini hiss edən xarici həmkarlar, fikrimizcə tamamilə əsassız olan bəzi fikirlər ifadə etməyə çalışırlar. Ancaq bu peyvənd müəyyən klinik bilgilər və məlumatlar əsasında verilən bir qərara uyğun olaraq qeydiyyatdan keçib”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ölkənin COVID-19 peyvəndi əleyhinə xarici həmkarları tərəfindən səsləndirilən tənqidlərə münasibətində bildirib.

Nazir bir çox ölkələrin tədqiqat üçün müəyyən məcburedici rejimlərdən istifadə etdiyini xatırladıb. O, Rusiyada peyvəndin hazırlandığı platformanın yaxşı öyrənildiyini və təhlükəsiz olduğunu, eləcə də əvvəllər digər dərmanların sintezi və istehsalı üçün istifadə edildiyini bildirib.

“Xarici ölkələrdə istehsal olunan RNT peyvəndləri haqqında danışsaq, buna dair nəşrlər var - onları özünüz tapa bilərsiniz. Bu peyvəndlərin bəziləri əvvəlcədən araşdırmalar olmadan ortaya çıxsa da dərhal insanlarda istifadə edildi, belə hal bizdə tamamilə baş verməyib”,- deyə Muraşko sözlərinə əlavə edib.



Xəbər 3337 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +