Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


26.02.2018  21:37 

Kəmalə Ağazadə barəsində cinayət işi başlandı





A+  A-

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə barəsində cinayət işi başlanıb.
XəzərNews.az Criminal.az-a istinadən xəbər verir ki, cinayət işini birlik sədrinin qohumu Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb.

Şikayətçi Həcər Kəngərli açıqlamasında bildirib ki, bir müddət əvvəl K.Ağazadənin təşkilatında işlədiyi Mahir Bayramovla bilrikdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsinə ərizə yazıblar. Onun sözlərinə görə, şikayət etməsinə səbəb K.Ağazadənin onun və iş yoldaşlarının 8 aylıq əməkhaqqını məcburən almasıdır:

``Mən Azərbaycan Uşaqlar Birliyində Qlobal Fondun ``Zərərin azaldılması proqramı`` layihəsində əvvəl sosial işçi, sonra isə koordinator işləmişəm. İşlədiyim müddətdə aylıq məvacibim əvvvl 350, sonra isə 450 manat olub. Layihənin müddəti bitdiyi üçün Kəmalə Ağazadə bizə dedi ki, 8 ayın əmək haqqını ona verək və o Səhiyyə Nazirliyi, Qlobal Fondla müqavilə bağlayacaq və bir də 2 il işləyəcəyik. Pulu verilməyəcəyi halda bizi işdən çıxaracağı ilə hədələdi. Biz də işdən çıxamayaq deyə, 8 ayın pulunu ona verdik ki, müqavilə bağlasın, 2 il işləyə bilək. 2016-cı ilin yanvar ayında müqavilə bağlanmalı idi. Biz işçilər Kəmalə Ağazadəyə çox etibar edirdik. Lakin 2016-cı ilin yanvarından indiyə kimi heç bir müqavilə bağlanmadı. Aldadıldığımız anlayıb pulumuzu geri istəyəndə isə bildirdi ki, yazılı surətdə mənə pul verməmisiniz, sübut edə bilməzsiniz``.

H.Kəngərli əlavə etdi ki, şikayətlərinə prokurorluqdan cavab gəlib. Rəsmi bildirişdə göstərilib ki, şikayət əsasında Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3 və 178.2.4-ci maddələri ilə cinayət işi başlanıb.

K.Ağazadə isə açıqlamasında bildirib ki, hal-hazırda bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Birlik sədrinin sözlərinə görə, barəsində şikayət edən H.Kəngərli onun ailəsinin üzvü olub və qərəzli şikayət edib.

``Hər halda istintaq şər-böhtan məsələsini də araşdıracaq və hüquqi qiymət verəcək`` deyə K.Ağazadə vurğulayıb.

Xəbər 2785 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +