Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


26.02.2018  11:37 

Yaxın Şərqdə böyük müharibə gözlənilir





A+  A-

Artıq gələn ildən İran İsraillə müharibəyə başlaya bilər.
XəzərNews.az Lenta.ru-ya istinadən xəbər verir ki, belə bir nəticəyə Yaxın Şərq dövlətlərinin apardığı siyasəti və atdığı addımları təhlil edən “The National Interest” jurnalının ekspertləri gəlib.

Müəlliflər hesab edir ki, İran artıq indidən regionun hərbi-siyasi arenasında böyük fəallıq göstərir. Onun hərbçiləri və İslam İnqilabı Keşikçiləri korpusunun döyüşçüləri Suriyada gedən müharibədə iştirak edir. İran Livanın “Hizbullah” hərəkatını dəstəkləyir.

İran və İsrailin artıq bir dəfə fevral ayınının birinci yarısında açıq şəkildə üz-üzə gəldiyi bildirilir. Müqavilənin müəllifləri xatırladırlar ki, İsrail hərbçiləri öz ərazilərində İrana aid pilotsuz uçan aparat ələ keçirib, bundan sonra İsrail İran qüvvələrinə zərbələr endirib.

Buna cavab olaraq Suriya Hava Hücumundan Müdafiə Qüvvələri İsrailə aid F-16-nı vurub. Ekspertlərin dediyinə görə, hadisələr bu məcrada inkişaf etsə, artıq 2019-cu ildə İranla İsrail arasında açıq müharibə başlaya bilər.

Analitiklərin fikrincə, müharibəyə İranın daxili problemləri yol aça bilər. Belə ki, adıçəkilən ölkənin rəhbərliyi iqtisadi problemlər fonunda əhali arasında nüfuzunu itirməmək üçün könüllü şəkildə münaqişəyə gedə bilər.

Xəbər 2967 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +