Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


30.06.2025  14:00 

İranın Rusiyasız Cənubi Qafqaz planı reallaşa biləcəkmi?





A+  A-

"Ermənistanın daxilində kilsəyə qarşı çox ciddi mübarizə gedir. N.Paşinyan kilsəni Rusiyanın hibrid gücünün tərkib hissəsi kimi görür. Donbasda vuruşan, Moskvada yaşayan erməni “Arbat” (erməni batalyonu və ya Moskvada məşhur meydan Arbatın) adlı batalyon yaratdı. Sonradan ukraynalılar bu ermənini Moskvada yaşadığı evin qabağında öldürdülər".

Bu barədə açıqlamanı XəzərNews.az-ın redaksiyasında keçirdiyi brifinqdə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbıri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, onun Ermənistana göndərdiyi qüvvələr də Ermənistanda həbs olunmuşdu:

"Ağırlıq Erməni Apostol Kilsəsinin Moskva filialı və Erməni Apostol Kilsəsinin üzərinə düşdü. Erməni Apostol Kilsəsinin başçısı və Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəri qardaşdırlar. Ardınca da “Taşir” qrupunun başçısı S.Karapetyanı Kreml Yerevana göndərdi. O, ailəsi ilə Yerevanda oturub, kilsənin Paşinyanın üzərində qələbəsini təmin etməli idi, N.Paşinyan onu da həbs etdi".

Politoloq qeyd edib ki, aktiv olan kilsə daha da aktivləşdi və aqressivləşdi:

"N.Paşinyan təbii ki, kilsəyə qarşı daha aqressiv siyasət apardı. Bu arada Tehran da Yerevana hər cür dəstək verdi.

İranın ali rəhbərinin müşaviri Əli Vilayəti İranın nüvə bombası yaratmaq ərəfəsində olarkən Zəngəzurla bağlı ciddi açıqlama verdi. O, Zəngəzurun Azərbaycan və Türkiyədən qorunduğunu bildirdi. Müsahibədən İranın Rusiyasız Cənubi Qafqaz planı reallaşdırdığı da anlaşılırdı. İranda anti-Rusiya mahiyyətli mürəkkəb proseslər, Ermənistanda isə açıq anti-Rusiya proseslər eyni vaxtda və birlikdə fəaliyyəti həm də Qərb dairələrinin Ermənistanda güclü mövqeyi çar Rusiyasının İrandakı səfiri A.Qriboyedovun ölümünü yada salır. O zaman səfir A.Qriboyedovu ermənilərlə farslar birlikdə evinə hücum edərək öldürmüşdülər. Bu zaman ideyanın müəllifi İranı öz təsiri altına almış ingilislər idi. Təxminən indi də həmin plan reallaşdırılır. İran və Ermənistan birlikdə Rusiyanı Cənubi Qafqazdan qovmağa nail olacaqlar, olmayacaqlar, bunu yaxın zamanda biləcəyik".



Xəbər 760 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +