11.08.2025 12:32
İran dava axtarıcılarının ağıllarını özlərində saxlaması zəruridir - TƏHLİL
Zəngəzur koridoru ilə bağlı Ermənistanla ABŞ arasında müqavilə imzalandıqdan sonra İranın publik aktivliyindən Azərbaycan Respublikasına neqativ münasibətdə təhdid apogeyə qalxdı. Əslində Azərbaycanın rolunu başa düşmək üçün dahi olmaq lazım deyil, cüzi ağıl lazımdır. Vaşinqton görüşü ərəfəsində - mətbuata ilk açıqlamadan, Vaşinqtonda üçtərəfli görüşdə sənədlərin imzalanmasına qədər Azərbaycan bir neçə sürprizlə rastlaşdı:
1. Uzun müddət ABŞ-da ermənilərin ən möhkəm dayaqlarından olan Adam Şiff barədə cinayət işi açıldı. D.Trampın məlumatı var.
2. D.Tramp Azərbaycan Prezidenti İ.Əliyevin onun barəsində olan çıxışını paylaşım etdi. Ehtimal ki, D.Tramp dünyada ikinci hansısa Prezidentin çıxışını paylaşım etməyib.
Bu görüşü İran mətbuatı Prezident İ.Əliyevə təhqir kimi təqdim edir. Diqqətlə baxsınlar, Prezident İ.Əliyevin maşını Ağ Evin həyətində D.Trampın gözünə dəyən anda necə sevincək reaksiya verdi. S.Uitkof Prezident İ.Əliyevlə Trampın kabinetində necə qucaqlaşdı.
3. D.Tramp öz kabinetində heç bir digər prezidentlə etmədiyi rəftarı İ.Əliyevlə etdi. İ.Əliyev orada tək Azərbaycan xalqının deyil, erməni xalqının da hamisi kimi özünü göstərdi. Bu İ.Əliyevin daxili aləminin göstəricisidir.
4. 907-ci düzəliş ləğv olundu. Bu Azərbaycana ən böyük hədiyyədir. Əslində 907-ci düzəliş SSRİ dağılandan sonra keçmiş sovet respublikalarına ABŞ tərəfindən dəstək vəd edilən qanundur. O qanuna 907-ci düzəliş edildi. Məqsəd ABŞ-ın keçmiş sovet respublikalarına verdiyi dəstək içərisindən Azərbaycanı ayırmaq idi. 907-ci düzəliş ermənilərin Azərbaycan torpaqlarının işğalında rəsmi vəkalətnamələri idi. İndi artıq o sənəd ləğv olundu. 2001-ci ildə əkiz binalara hücum zamanı ABŞ müvəqqəti olaraq 907-cü düzəlişi dayandırırdı. Azərbaycanın ABŞ-ın Əfqanıstan kampaniyasında etdiyi kömək hədsiz çox böyük idi. Hətta o dövrdə C.Bayden onu aradan qaldırmadı. Əksinə, sərtləşdirdi.
ABŞ-ın Azərbaycana bu böyük hədiyyəni niyə görə verdiyini İranın siyasətçiləri, hərbçiləri, ekspertləri dərk edə bilmir. Zəngəzur torpağı barədə müqavilə beynəlxalq hüquq prizmasından Ermənistanın ərazisi barədə imzalanır, ABŞ isə Azərbaycana hədiyyə verir. Səbəbi ondan ibarətdir ki, ABŞ-la Ermənistanın bu regionda nəsə işi var. Bu Gürcüstana, Türkiyəyə və ya başqa hansısa hücum deyil. Tutaq ki, İrana hücum planı hazırlaya bilərlər. Bu zaman ABŞ-ın Ermənistanla birlikdə İrana hücum planını Azərbaycanın Ermənistana hücumunu poza bilər. Azərbaycana bu qədər hədiyyələri verirlər ki, ABŞ Ermənistanla bu regionda nə iş görsə Azərbaycan Ermənistana hücum etməyəcək.
Ən böyük motivasiya Zəngəzur koridorunun açılması ola bilər, onu da açdılar. Azərbaycan Sünikdən, Göyçə gölü ətrafından ötrü digər tarixi torpaqlarını qaytarmağı yalnız sülh, danışıqlar yolu ilə həll edəcək, hərbi yola əl atmayacaq. Bu həm də İranın Azərbaycana hücum planını sıradan çıxarandır. İran isə yalnız və yalnız Azərbaycana hücuma hazırlaşır. Naxçıvan Azərbaycanın əlahiddə regionudur. İran düşünür ki, Naxçıvana hücum edə bilər. Rusiya ilə Azərbaycanın arasında problem var. Bəlkə də Türkiyə ilə Azərbaycanın arasını vurdu, pakistanlılar da bir az gec gəldi. İrana görə Ermənistanla Azərbaycanın arasındakı keçidi ancaq ermənilər yoxlamalıdır. Lazım olanda mübahisə yaratmaq və mübahisəni silahlı münaqişəyə keçirmək üçün erməni hərbçisinin Azərbaycanın mülki vətəndaşını yoxlaması münbit zəmin yaradır.
İran türk həlqəsində boğulmasın. Bu gün İranın Avropaya çıxışı Azərbaycan və Türkiyədən reallaşır. Azərbaycanın, Türkiyədən fərqli üçüncü yolu olmalıdır. Yol bəhanəsi ilə həm Türkiyə, həm də Azərbaycana qarşı daimi mübarizə aparmaq olar. İran ancaq və ancaq müharibə axtarır. 5 min illik sivilizasiyadan danışan İran ortaya müharibədən başqa bir şey qoymaq səviyyəsinə çatmayıb.
“Tramp koridoru”nun açılması Azərbaycana Gürcüstan istiqamətində əlavə problemlər yarada bilər. Problemləri aradan qaldırmaqdan ötrü çox işlər görməliyik. Bunun ən rahat yolu “Araz koridoru”nun 99 il müddətinə Azərbaycana icarəyə verməkdir. İran bunu görə, edə bilməz. Çünki İran ancaq və ancaq Azərbaycanla müharibə üçün yaranıb. ABŞ isə fikirləşir ki, ərəb dövlətlərinin başı üstündən və ya ərazisindən İrana hücum onun ərəb dövlətləri istiqamətində planlarına ziddir. Ərəb dövlətləri ABŞ-a indiki konfiqurasiyada lazımdır. Bir-birini didən, dağıdan, ümumilikdə ABŞ hansı birindən nə istəyirsə, onu da almaq imkanında olsun. İranın birdəfəlik məhvi də ABŞ-ın planlarına uyğun deyil. Hissə-hissə - bu gün nüvəsini, sabah PUA-larını, birisi gün raketlərini və ərazilərini alacaq, sonra isə iqtisadiyyat üçün limit müəyyənləşdirəcək. Ona görə İranın mütləq şimal hissəsindən ona qarşı hücum təşkil edilməlidir. ABŞ-ın şimalda hərbi bazası olmalıdır. ABŞ illərlə məhz Ermənistanda bu işi görür. Bərgüşad SES (Vorotan), Amulsar yatağı və s.
İran-Ermənistan sərhədində görülən işləri yada salın. Niyə görə Ermənistan səfirliyində İran demiş - 2500 ABŞ-ın dəniz piyadası var, Azərbaycanda yoxdur. ABŞ Azərbaycanda öz bayramını qeyd edə bilmir, Ermənistanda qeyd edir. Çünki İran bilir ki, Azərbaycana düşmən olmasına baxmayaraq, Azərbaycan müstəqil siyasət aparmağı bacaran dövlətdir.
Vaşinqton görüşündə Azərbaycanın müstəqil siyasət aparmaq bacarığı həlledici oldu. İran isə bunları dərk edə bilmir. Səbəbini tapmışıq. İrandakıların hamısı yaxşı namaz qılanlardandır. Namazdan o yana din bilgiləri yoxdur. Siz heç bir İran rəsmisindən təkəbbürün nə olduğunu soruşa bilmərsiniz, cavab verməyəcəklər. İranın Azərbaycana qarşı işləyən təbliğat maşınında hətta dini verilişlərdə təkəbbür sözü qadağandır. İranlı din xadimi, siyasətçi belə başa düşür ki, Allah bəzən məzuniyyətə çıxır. Yaydır, istidir, su, elektrik yoxdur. İranlılar isə fikirləşir ki, Allah belə istidə, su, elektrikin çatışmamasında nə işlə məşğul olur?! Onlar fikirlərşirlər ki, biz əhalimizi dincəlməyə göndərmişik, evindən kənara çıxmağa qoymuruq. Yəqin ki, Allah da haradasa kölgə yer tapıb, orada dincəlir. Bilmirlər ki, Allah həmişə hər zaman, hər yerdə, hər şeyi görür, eşidir və bilir.
İran Hindistan hərbçilərinin adını əlavə edib - Rusiya-Hindistan-İran. Rusiyanın mövqeyi bəllidir, narahat olmayın. Rusiya barəsində də hər şeyi bilirsiniz. Sadəcə vəziyyəti bu cür təsvir edirsiniz. Rusiya aldanmayacaq, ona görə ki, Rusiyanın İranla siyasətini quran ermənilərdir. Ermənilərin də hamısı İranın öz təsirləri altında qalması istiqamətində fəaliyyət göstərirlər. Kəşmir mövzusunda İran Hindistanın mövqeyindədir. Ona görə də Hindistanı Azərbaycana hədə kimi təqdim etdi. Hindistan həm də Ermənistanın da müttəfiqidir.
İranın dava axtaranlarına indiki dövrdə tövsiyəm budur ki, ağıllarını daimi üzərilərində gəzdirsinlər. Bəzən ağıllarının özlərində olmadığını hiss edirsən. Görünür ağıllarını əksərən ermənilərə verirlər. Tez-tez İranın ağlını ermənilərin müxtəlif variantlarla “yumağa” ehtiyac var. “Yuyub”, gətirib, qoyurlar. İndi ola bilər İranda kimsə köhnədən qalma fikirlərə görə hesab etsinlər ki, ağlı murdarlanıb, ona görə kənara qoyur. Yox, nədirsə qoyun. Çünki böyük təhlükə qabaqdadır.
ABŞ-ın Ermənistanla birlikdə İranı tədrici dağıtmaq planı artıq fəaliyyətdədir və bu Ermənistana lazımdır. Vaxtilə Osmanlı imperiyasının dağılmasında iştirak etdi, pul və torpaq qazandı. SSRİ-nin dağılmasında geosiyasi, geoiqtisadi qazanc əldə etdi. İndi Ermənistanda iqtisadiyyat geri gedir. Diaspora Ermənistana yardım etmir, başqa dövlətlər də Ermənistana yardım etməkdən beziblər. Aİ BMT-nin üstünə atır, BMT də hələ qərar verməyib, ABŞ-la da C.Baydenin dövründə imzalanmış yardım proqramı hələ də fəaliyyətə başlamayıb. Yaxşı pul mənbəyi ya Rusiyanın, yada İranın dağılmasında iştirakdır. ABŞ üçün hələki Rusiya bir sıra məsələlərdə lazımdır, ona görə də dağıtmayacaq. İran isə dağılmalıdır. İranın dağılmasına ABŞ tək silah yox, pul xərcləyəcək, bu pulun da böyük məbləği ermənilərə çatacaq. İran heç bir şərt daxilində ermənilərin təsirindən çıxa bilməyəcək.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq
Xəbər 362 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|