Yeniyetmə çimərlikdə günvurmadan öldü
Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü
Rusiyada azərbaycanlı biznesmen saxlanıldı
“Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək“
Sənədsiz evlərə “kupça” verilməsində YENILIK
Kəşfiyyatçılar Bakıda məlumat toplayırdılar - Casusdan ETİRAF
Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu


22.07.2025  16:57 

Sərhədçilərin İranla sərhəddə narkotika əməliyyatı





A+  A-

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edib.

XəzərNews.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək üzərindəki bağlamaları atıb və geriyə qaçmağa nail olub.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 18 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 117 dəfə oxunub.




23.07.2025  11:24 

Kəlbəcərdə zabit vəfat etdi

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +