Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


15.05.2025  13:09 

Vitali Portnikov: “Əliyev Putinə tüpürdü“ - Video





A+  A-

Ukraynalı jurnalist və siyasi şərhçi Vitali Portnikovun Azərbaycana və şəxsən İlham Əliyevə münasibətinin birmənalı, düzxətli olmadığını bilirik. O, gah İlham Əliyevi olduqca sərt şəkildə tənqid edir və açıq ermənipərəst mövqedən çıxış edir, gah da Azərbaycan və onun dövlət başçısı haqqında təqdirəlayiq, pozitiv fikirlər səsləndirir. Yəni ki, adam sırf situasiyanın diktəsi ilə hərəkət edir.

Görünən budur ki, Əliyevin Moskvada keçirilən 9 May paradına qatılmaqdan imtina etməsi, Putinə "yox!" deməsi Portnikovun ürəyincə olub. Ona görə də son müsahibələrindən birini özünün Yutub kanalında "Əliyev Putinə tüpürdü" (Алиев плюнул на Путина) başlığı ilə yerləşdirib.

Əslində, Portnikov düzgün və uğurlu başlıq seçib. İndi gerçəkdən də Kremldəki baş raşistin (rus faşistinin) üzünə tüpürmək, onu birmənalı boykot etmək vaxtıdır.



Ancaq bunu təkcə Əliyev etməli deyil. Digər postsovet ölkələrinin də liderləri analoji mövqe sərgiləməli, Putlerə qarşı vahid cəbhədən çıxış etməlidirlər.

Xüsusən də Türküstanın (Mərkəzi Asiya) türk dövlət başçıları - Tokayev, Mirziyoyev, Caparov, Berdiməhəmmədov 9 May paradında Rusiya prezidentinin sağında, solunda dayanıb poz verməli deyildilər. Onlar da Azərbaycan prezidenti kimi müstəqil iradə ortaya qoymalı və Bakı ilə həmrəylik mövqeyi nümayiş etdirməliydilər. Lakin əfsuslar olsun ki, Türküstan liderləri hələ də plebey düşüncəsindən qurtula bilmirlər.

Özünü Cənubi Qafqazın nömrə-1 demokratı zənn edən Nikol Paşinyanın Moskvadakı parada qatılması isə, ümumiyyətlə, tam olaraq absurd idi. Və özünü Ukrayna xalqına demokrat kimi, həqqaniyət tərəfdarı kimi sırıyan Paşinyanın bu gün Ukrayna şəhərlərini xüsusi qəddarlıqla bombalayan nasist Rusiyanın hərbi paradına qatılmasını ukraynalılar gərək bu sürüşkən mövqeli erməni liderinə bağışlamasınlar.

P.S.
Rusiya siyasətçilərinin, ekspertlərinin, jurnalistlərinin, blogerlərinin bugünlərdə Azərbaycana qarşı maksimum aqressiv və ədalətsiz ritorikaya köklənmələri isə bir daha Kremlin saxta "müttəfiq"liyini üzə çıxarır.

Bəybala Mirzəyev

Xəbər 252 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +