Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...
Moskva su altında qaldı -VİDEO
Rusiyada kömür mədənləri kütləvi şəkildə bağlanır
“Bizim məhsul deyil, bizi...”- “Bolluq LTD” MMC-dən açıqlama +YENİLƏNİB
Qiymətlər havada “uçuşur” - Sabir Rüstəmxanlı
Ətin qiyməti NİYƏ bahalaşır?
Bakıda zibili eşşək arabası ilə daşıyırlar
Artıq yas mərasimlərimiz “obed”ə oxşayır - İlham Əziz
Cəlilabadda meşə yanır


13.07.2025  15:02 

Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub





A+  A-

Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Odessada yaşayan, “Yeni Müsavat” Media Qrupunun Ukrayna təmsilçisi Anar Natiqoğlu verib.

1982-ci il təvəllüdlü Mehdiyeva Əminə Əli qızı iyulun 9-da döyüş tapşırığını yerinə yetirərkən Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi yaxınlığında həlak olub.

Əminə A2167 saylı hərbi hissənin mexanikləşdirilmiş batalyonunda tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmət edirdi. O, Ukrayna ordusunda yalnız tibb personalı kimi deyil, eyni zamanda döyüşçü kimi ön cəbhədə əsgərlərlə birgə mübarizə aparırdı.

Onun sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlılar bu müharibədə ən sadiq icmalardan biridir.

“Çoxsaylı azərbaycanlılar yaşadıqları və vətəndaşı olduqları Ukrayna uğrunda döyüşlərdə iştirak edir, çoxu da həlak olur. Azərbaycanlılar Ukraynada yaşayan ən sadiq xalqlardandır, onlar bu torpağı öz vətənləri kimi qoruyurlar”, – deyə o bildirib.

Əminə Mehdiyevanın timsalında bir daha təsdiqlənir ki, Azərbaycan övladları harada olursa-olsun, azadlıq və ədalət uğrunda canlarını əsirgəmirlər.

Xəbər 663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?

15.07.2025  14:10 

Cəlilabadda meşə yanır


BÜTÜN XƏBƏRLƏR +