Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


03.10.2025  12:12 

Kreml müharibəni necə yekunlaşdıracaq? - Şərh





A+  A-

Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransında dünənki çıxışında Ukraynaya qarşı müharibə mövzusunda qısa danışmağa üstünlük verib, bircə onu deyib ki, “ordumuz bütün istiqamətlərdə irəliləyir”. Aydındır ki, Putin bu irəliləmənin ölkəsi üçün hansı itkilər hesabına başa gəlməsi mövzusundan yan keçib.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Elxan Şahinoğlu çıxış edib.

E.Şahinoğlu bildirib ki, müharibəyə başlama əmrini verən Kreml sahibi onu necə yekunlaşdıracağını bilmir:

“Vladimir Putin gələn ilin fevralında 4-cü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür. Putinin Qərbin dünyada hegemonlğunun başa çatdığını vurğulayıb. “ABŞ artıq tək hakim deyil, Qərbin hökmranlıq dövrü bitdi, indi Asiya dövrüdür. Birqütblü dünya sona yaxınlaşır” deyən Putin buna misal olaraq Rusiyanın müxtəlif dövlətlərlə formalaşdırdığı təşkilatları göstərib. Putin amerikalı həmkarı Donald Trampın ünvanına xoş sözlər desə də, Ağ Ev sahibinə onun adını çəkmədən belə bir mesaj göndərib: “NATO bizi ‘kağız pələngi’ adlandırırsa, bəs niyə bizi hələ də məğlub edə bilmir?” Əslində həmin ifadəni NATO rəhbərliyi deyil, Donald Tramp səsləndirib”.

Siyasi şərhçi qeyd edib ki, Putinin ABŞ və NATO rəhbərliyinə xatırlatması da olub:

“2000-ci ldə ABŞ-ın keçmiş Prezidenti Bill Klintona təklif etdim ki, Rusiyanı NATO-ya üzv qəbul etsinlər, o əvvəlcə razılaşdı, sonra müşavirlərinin məsləhətlərini dinləyərək fikrindən vaz keçdi”. Putin bu məsələni ilk dəfə deyil xatırlayır. Görünür, Putin bununla demək istəyir ki, onun təklifi reallaşaraq Rusiya NATO-ya üzv qəbul olunsaydı beynəlxalq aləmdə indiki gərginlik olmazdı. Həqiqətən Rusiya Putinin təklifi ilə 2000-ci illərin başlanğıcında NATO-ya üzv qəbul olunsaydı, indiki gərginlik olardımı? Putin bu təklifi səsləndirmədən əvvəl ikinci Çeçenistan müharibəsinə başlamışdı, nəticədə silahlı qruplarla yanaşı minlərlə mülki insan həlak olmuşdu. Yəqin NATO üzvləri düşünüblər ki, Rusiyanın Şimali Atlantika Blokuna üzvlüyü Kremli daxili və xarici müharibələrdən çəkindirməyəcək. Misal üçün Rusiya NATO üzvü olsaydı belə 2008-ci ildə Gürcüstanla müharibə, o cümlədən 2014-cü ildə Krımı ilhaq etməyəcəyini və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləmək çətindir. NATO-da qərarlar konsensusla qəbul olunur. Rusiya ümumi qərarlara tabe olacaqdımı? Əksinə Rusiya NATO üzvü olduqdan sonra blok içərisində tərəfdar qrupu formalaşdırmağa çalışacaq, bu isə təşkilatın içərisindən dağılmasını sürətləndirəcəkdi. Buna görə də Klitonun müşavirləri Putinə “yox” cavabı verməyi məsləhət biliblər”.

Xəbər 637 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +