İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı


29.07.2021  15:48 

Evində narkotik yetişdirən şəxs tutuldu





A+  A-

Goranboyda evində narkotik yetişdirən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, narkotik maddə əldə saxlamaqda şübhəli bilinən rayonun Dəliməmmədli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mobil Məmmədov saxlanılıb. Goranboy RPŞ əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan, qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Həmin şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 1 kq 180 qram olan narkotik çətənə aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Xəbər 2076 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +