İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


13.06.2025  11:16 

Şirkət rəhbərinin oğlu lüks avtomobillə... -“Tələsirdim...“





A+  A-

Bakıda lüks avtomobillə avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşdirilərək saxlanılıb.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Şahin Məsimov "Mercedes-Benz CLS 63 AMG" markalı avtomobillə Nərimanov rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edib.

O, avtomobili qəfil sürətləndirərək, yolun səthində təkər izləri buraxmaqla və güclü sürtünmə səsləri yaratmaqla ictimai qaydanı və əhalinin dincliyini pozub. Bu hərəkətləri ilə o, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, yol hərəkəti qaydalarını davamlı şəkildə pozub.

Faktla bağlı Şahin Məsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi üzrə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmə prosesində Məsimov törətdiyi əməldən peşman olduğunu bildirib və qeyd edib ki, sanitar su qovşağına tələsdiyindən avtomobili yüksək sürətlə idarə edib.

Məhkəmənin qərarı ilə o, qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinib və bir il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə yanaşı, 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Şahin Məsimov "Esma Kivos Ceramic” MMC-də satış üzrə direktor vəzifəsində çalışır. Onun atası Emil Elbrus oğlu Məsimov isə həmin şirkətin qanuni təmsilçisi və baş direktorudur. "Esma Kivos Ceramic" MMC hamam otaqları üçün mebel və digər avadanlıqların topdan satışı ilə məşğuldur.


Xəbər 179 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +