İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı


23.06.2021  14:29 

Ermənilər əsir düşən azərbaycanlını diri-diri yandırdılar





A+  A-

Ermənilər mənimlə əsir düşən azərbaycanlının üzərinə benzin töküb diri-diri yandırdılar.
XəzərNews.az-ın məlumatına görə, bunu bu gün Yasamal rayon Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə amansız işgəncələr verən erməni hərbçilər Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın cinayət işi üzrə məhkəmədə zərərçəkmiş Yaşar Abduləliyev deyib.

1994-cü ildə Kəlbəcərdə Murovdağ istiqamətində gedən döyüşlərdə əsir düşən zərərçəkmiş erməni işgəncələrindən dəhşətli faktlar açıqlayıb: "Biz 3 nəfər azərbaycanlı əsir düşdük. Ermənistan MTN nümayəndəsi gəldi bizimlə söhbət eləməyə. Çox işgəncə verdilər. Eyvaz, Seymur və mənə amansız işgəncələr verdilər. Sonra bizi ayırdılar. Təxminən bir saatdan sonra Seymurun qışqırdığın eşitdik. Dedilər ki, Seymuru dindirərkən ona işgəncə veriblər, o müqavimət göstərib, ermənilər buna görə də Seymurun qollarını zəncirlə bağlayıb üstünə benzin töküb yandırıb.

Sonra bizi ayağımızdan və başımızdan zəncirlədilər. Çölə çıxanda Seymurun yanmış meyitini mənə göstərdilər.

Daha sonra Eyvazı da görmədim. Məni uzun müddət Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdu. 3 aydan sonra məni Şuşa həbsxanasına gətirdilər. Mənə o qədər işgəncələr verdilər ki, ölümcül vəziyyətə düşdüm. Xankəndi uşaq xəstəxanasına gətirib müalicə elədilər, sonra Şuşa həbxanasına qaytardılar.

Mkrtçyan, Qəhərmanyan, Petrosyan məni başladılar döyməyə. Mkrtçyan mənim ağzıma rezin bağladı, ağac parçası və kəlbətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mktrtçyan Şuşa həbsxanasında bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirirdi.

Əsirlikdə Ağdərə, Şuşa və Suqovuşanda saxlanılmışam.

Mkrtçyan Suqovuşanda və Şuşa həbsxanasında azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusi seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi.

Orda bir Bakı ermənisi mənə dedi ki, Mkrtçyan Xocalı faciəsinin "qəhrəmanı"dır. Mkrtçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orda Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq".

Xəbər 2228 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +