İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı


07.12.2019  19:45 

Narkotiki qayınanasının evində gizlətdi





A+  A-

Şəmkirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qaracaəmirli kənd sakini, əvvəllər məhkum olunmuş 25 yaşlı Tural Məmmədli saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən iki ədəd kibrit qutusunda və bir ədəd ağ rəngli kağız bükümdə ümumi çəkisi 14.672 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Məmmədliyə narkotik vasitə satan şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Şəhriyar Razyev olduğu müəyyən edilib. Onun və qayınanasının evinə baxış keçirilən zaman ümumilikdə 72 ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 200 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunuraq götürülüb.

İlkin dindirmə zamanı Ş. Rzayev narkotik tərkibli bitkini satmaq məqsədilə əkdiyini bildirib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1649 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +