İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı


15.11.2019  13:43 

Ölkəyə qanunsuz dərman keçirmək istədi





A+  A-

Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
XəzərNews.az xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin yoxlanması zamanı yük yerində 48 ədəd üzərində "Ovitrelle 250 mcg/05 ML", 1456 ədəd "Paxıl 20 mg", 600 ədəd "Biosteron Dhea 25 mg", 1344 ədəd "Nexium 20 mg", 1470 ədəd "Nexium 40 mg", 2016 ədəd "Estrofem 2mg", 3000 ədəd "Roaccutane 20 mg", 1530 ədəd "Roaccutane 10 mg", 2000 ədəd "Anti-fosfat cc 500 mg", 990 ədəd "Progestan 200 mg", 1600 ədəd "Anti-asidoz 500 mg", 112 ampula "Devit-3300000 I. U/ ml", 2800 kapsul "Hydrea 500 mg" yazılan dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1594 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +